Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yağışlı hava ilə əlaqədar olaraq sürət həddi 20 km/saat endirilib

Yağışlı hava ilə əlaqədar olaraq sürət həddi 20 km/saat endirilib


Newscenter.az.3.01.2019
. Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında, eləcə də Zığ dairəsi Hava liman istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik
Xəbəri paylaş