Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İlahiyyatçı” qəzeti nəşr olunub

  “İlahiyyatçı” qəzeti nəşr olunub


Newscenter.az.4.01.2019.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzeti nəşr olunub.

Newscenter.az xəbər verir ki, mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncamı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Aİİ-nin rektoru Ceyhun Məmmədovun “İlahiyyatçı” qəzeti haqqında yazıları yer alıb. Qəzetin müxtəlif rubrikalarında ilin yekunlarına həsr olunmuş hesabat xarakterli yazılar əksini tapıb. Mətbu nəşrdə “Ulu Öndər Heydər Əliyev zəmanəmizin ən böyük Azərbaycanlısıdır”, “Sivilizasiyaların qovuşduğu yerdə tolerantlıq” başlıqlı məqalələr, həmçinin ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə təşkil olunan seminar və “dəyirmi masa”lar; ölkədəki əlamətdar hadisələr, beynəlxalq günlərlə bağlı tədbirlər; “Səfir saatı” layihəsi çərçivəsində görüşlər;

İnstitutun Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birlikdə layihə çərçivəsində ümummili lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş diskussiyalar dərc olunub. “İlahiyyatçı” qəzetində, həmçinin Azərbaycanın tanınmış ilahiyyatçılarının Aİİ-də təhsil almağın üstünlükləri barədə fikirləri əksini tapıb. Nəşrdə görkəmli akademiklər, Milli Qəhrəman, Milli Məclisin deputatları, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin təbrikləri, tövsiyələri də maraq doğurur.
Xəbəri paylaş