Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderland radiosunda Azərbaycandan danışılıb

Niderland radiosunda Azərbaycandan danışılıb


Newscenter.az.7.01.2019. Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatının sədri Vüqar Abbasov bu ölkədəki SD radiosunun qonağı olub.

Bu barədə Newscenter.az-a məlumat verən Vüqar Abbasov bildirib ki, 1 saat davam edən proqramda müxtəlif mövzulardan, Azərbaycandan, iki ölkə arasındakı mövcud əlaqələrdən və bu əlaqələrin daha da inkişaf perespektivlərindən, eləcə də Qarabağdan, Cənubi Azərbaycandan, 1918 – ci ildəki Demokratik Respublikamızdan, turizm, milli mətbəximiz, çay mədəniyyətimiz və.s. danışılıb. Vüqar Abbasov deyib ki, proqram zamanı həmçinin Ü.Hacıbəyovun “Arazbarı”sı, Sarı Gəlin daxil olmaqla bir neçə (altı musiqi) Azərbaycan müsiqisi də səsləndirilib:

“Gələcəkdə belə verilişləri davamlı etmək, raidoda Azərbaycan musiqilərini səsləndirmək barədə də söhbət etdik. Sonda dəvət üçün dəyərli Geert Jana bir daha təşəkkür edirəm. Bir məqamı da qeyd edim ki, bu, mənim həmin radiodakı ilk çıxışım deyildi. Gələcəkdə onunla Azərbaycana səfər etməyi də düşünürük”.
Vaqif
Xəbəri paylaş