Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Eksternat imtahanları başa çatıb

Eksternat imtahanları başa çatıb


Newscenter.az.9.01.2019. Yanvarın 8-də Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb. Newscenter.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) bitirə bilməyən şəxslər iştirak edib.

Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 102 nəfər qatılıb. Eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla 11 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat, xarici dil, coğrafiya, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

Məqbul qiymət almış şəxslərin siyahısı baku.edu.gov.az saytında yerləşdiriləcəkdir.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
R.Mehdiyeva
Xəbəri paylaş