Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehman Hüseynov, “Ekspress” və bəzi qaranlıq qalan məqamlar

Mehman Hüseynov, “Ekspress” və bəzi qaranlıq qalan məqamlar


Yaxud “Nurgün Motors” kimin dəyirmanına su tökür?


Newscenter.az.9.01.2019. Son günlər ölkədə maraqlı proseslər cərəyan etməkdədir. Törətdiyi cinayət əməlinə görə, məsuliyyətə cəlb edilən blogger Mehman Hüseynov ətrafında baş verən olaylar, onun jurnalist kimi qələmə verilərək guya mediyaya qarşı təzyiqlərin artması barədə yayılan əsassız iddialar, həmin yalan və böhtan dolu fikirlərin sosial şəbəkələrdə yayılması, eyni zamanda ölkə xaricinə bu barədə informasiya sızdırılaraq Azərbaycanın imicinə zərbə vurmaq kimi cəhdlər ölkəmizə qarşı növbəti məkirli kampaniyanın başlamasındən xəbər verir. Bu arada 20 ildən artıq yaşı olan “Ekspress” qəzetinin nəşrinin dayandırılması da təsadüfi hesab edilmir. Bildirilir ki, sözügedən qəzetin nəşrinin dayandırılması da bir növ antiAzərbaycan şəbəkənin ölkəmizə qarşı başladığı kampaniyanın daha geniş şəkildə aparılmasına xidmət edir. Hər nə qədər qəzetin təsisçisi sayılan “Nurgün Motors”un rəhbərliyi bu reallığı dərk etməsə də, lakin görünən odur ki, “Ekspress”in fəaliyyətinin dayandırılması Azərbaycana qarşı antitəbliğat kampaniyası aparanların işinə yaramış olub. Belə ki, Mehman Hüseynov ətrafında baş verən proseslərdən sonra sözügedən qəzetin nəşrinin dayandırılması xaricdə belə bir rəy formalaşdırıb ki, Azərbaycanda azad sözə, KİV-ə qarşı təzyiqlər var. Hətta iş o yerə çatıb ki, 20 ildən artıq nəşr edilən bir mətbu orqan öz nəşrini dayandırmalı olub.

Ola bilsin ki, “Ekspress”in nəşrinin dayandırılmasınaaa qərar verən onun təsisçisi bu incə məqama diqqət etməyib. Yaxud mümkün ehtimallardan biri də ondan ibarətdir ki, mətbu orqanın təsisçisi kimi tanınan “Nurgün Motors”un rəhbərliyi (Nuru Əliyev) bilərəkdən, yaxud bilməyərəkdən ölkəmizə qarşı aparılan kampaniyanın tərkib hissəsinə çevrilib. Belə bir ehtimalın gündəmə gəlməsinə səbəb olan əsas amillərdən biri isə qəzetin nəşrinin məhz Mehman Hüseynov ətrafında baş verən proseslərə təsadüf etməsidir. Digər tərəfdən ortada olan bir neçə fakt da eyni arqumentlə çıxış etməyə əsas verir.

Birincisi, “Ekspress”in təsisçisi kimi tanınan “Nurgün Motors”un rəhbərliyi sözügedən qəzetin fəaliyyətini dayandırmaq fikri var idisə, bunu elə 2018-ci ilin sonlarından bəyan edərdi. Daha gözləyib Mehman Hüseynov qalmaqalı ortaya çıxan ərəfədə bu addımı atmazdı. Yaxud anoloji addımı atmaq üçün bir müddət gözləmək də mümkün idi. Yəni Mehman Hüseynov olayı yam qapandıqdan sonra belə bir qərar qəbul oluna bilərdi.
Mehman Hüseynov, “Ekspress” və bəzi qaranlıq qalan məqamlar

İkiincisi, məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu növbıti 3 ay üçün qəzetlərin təqdim etdiyi layihələrin maliyyələşdirilməsi üçün vəsait ayırıb. Həmin vəsaitdən 30 min manat “Ekspress” qəzetinin də payına düşüb. Əgər “Ekspress”in təsisçisi qismində çıxış edən rəhbərlik qəzetin fəaliyyətini dayandırmağı düşünürdüsə, o zaman nə üçün KİVDF-yə layihə təqdim edilirdi? Yaxud fond maliyyə vəsaiti ayıran zaman nə üçün həmin vəsaitdən rəsmi şəkildə açıqlama verilib imtina edilmədi. Kifayət qədər qaranlı məqamlar və maraqlı suallardır və ehtimal etmək olar ki, sözügedən qəzetin rəhbərliyi, onun təsisçisi bütün bu suallara, məqamlara aydınlıq gətirməli olacaq.
Əldə etdiyimiz məlumata görə, “Ekspress”in nəşrinin dayandırılmasına səbəb kimi maliyyə problemi göstərilib. Əslində bu arqument və bəhanə də gülünc doğurur. Birincisi, qəzet qeyd etdiyimiz kimi KİVDF-dən il ərzində 120 min manat vəsait alır. Həmin vəsaitlə də mətbu orqanı çap etdirmək mümkündür. Qeyd edək ki, KİVDF-dən “Ekspress”dən az maliyyə vəsaiti alan qəzetlər belə normal qaydada fəaliyyət göstərirlər. Deməli, maliyyə problemi məsələsi də bəhanədir. O ki qala sözügedən qəzetin təsisçisi “Nurgün Motors” kimi böyük bir şirkətlər şəbəkəsinin rəhbəri ola. Təkcə bu şirkətin Azərbaycana idxal etdiyi və burada satdığı avtomobillərlə nəinki “Ekspress” hətta. Onlarla qəzeti maliyyələşdirmək olar. Onu da qeyd edək ki, maliyyə problemindən əziyyət çəkdiyi bildirilən “Nurgün Motors” televiziya kanallarında onlarla mənasız və səviyyəsiz verilişlərə sponsorluq edir. Maraqlıdır ki, o zaman şirkət həmin vəsaiti hardan əldə edir və televiziya kanallarındakı proqramlara sponsorluq edir? Düşündürücü suallardır və yəqin ki, cavabı da var.

Bütün bunları nəzərə alsaq ortaya belə bir nəticə çıxır ki, “Ekspress” qəzetinin nəşrinin Mehman Hüseynov olayı ərəfəsində dayandırılması heç də təsadüfi deyil. Bu addım ölkədə media sahəsində problemlər olduğu, KİV-lərin fəaliyyətinə əngəl yaradıldığı görüntüsünü yaratmağa xidmət edir. Görəsən “Nurgün Motors” və onun rəhbərliyi kimin dəyirmanına su tökür?
Mövzunu davam etdirəcəyik
NEWSCENTER.AZ
Xəbəri paylaş