Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar Azərbaycandan deportasiya ediliblər

Qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar Azərbaycandan deportasiya ediliblər


Newscenter.az.11.01.2019. Yanvarın 10-da Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbir nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Newscenter.az Dini Komitəyə istinadən xəbər verir ki, qeyd olunan ünvanda humanitar yardım adı altında missionerlik fəaliyyəti, o cümlədən qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar barəsində müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən həmin əcnəbi vətəndaşlar cərimə olunub və ölkəmizdən deportasiya edilibər.
Xəbəri paylaş