Impera

XƏBƏR LENTİ
17:20Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb17:10Qida məhsullarında antibiotik təhlükəsi16:48Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ16:40Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 5 milyon manat ayırdı16:31Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub16:15Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib16:09Novruz Məmmədov yeni vəzifəyə təyin olunub15:55Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat yaranıb15:45Paytaxt məktəbliləri beynəlxalq yarışlardan qalibiyyətlə qayıdıblar15:30Quşçuluqda innovativ yanaşma mövzusunda elmi-praktik seminar keçirilib15:13Qətərin Ermənistan sevgisi nədən irəli gəlir?15:05Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılır14:49Miqrasiya Könüllüsü İctimai Birliyi ilə Azərbaycan Tibb Universiteti arasında anlaşma memorandumu imzalanıb14:37Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub14:20Azərbaycanda 3 milyon dolları təyinatı üzrə istifadə etməyən vəzifəli şəxs ifşa edilib13:50Prezident sakinlərlə söhbət edib, onlarla selfi çəkdirib13:35Həbsdən çıxan müxalifətçi özü mindən artıq Azərbaycan məhkəməsinin qərarlarını pozub13:16Sabah hava yağışlı olacaq12:54Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri işdən çıxarılıb12:47Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi olub12:39“Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda konfrans keçiriləcək12:19Azərbaycan tədricən köhnə kartof idxal etməyəcək12:16Bakı birinciliyi uğrunda mübarizə davam edir11:50Fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilir11:40Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib11:36Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü11:25Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq11:13Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb11:00Kənd Təsərrüfatı Nazirliyi Göygöldə heyvandarlıq kompleksinin tikintisinə 13 milyon manat xərcləyəcək10:43Eyni mənzildən 3 dəfə oğurluq edildi10:31“Məktəb seminarları” başa çatıb10:11Şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədi ilə monitorinqlərə başlanılıb09:34Türkiyə mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı09:10Düşmən snayperlərdən mövqelərimizi atəşə tutub23:15Bakı-Sabunçu istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılacaq23:02İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb22:29Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək19:30Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb-VIDEO18:31Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək17:20Tovuzda “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib16:50Prezident İlham Əliyev: "Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir"16:36Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub16:20Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib15:58Metropolitençilər üçün turizm zonasına tur təşkil edilib15:48Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb15:40Tofiq Yaqublu azadlığa çıxıb15:03Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Harvard Universitetinin rəsmi saytında məqaləsi dərc edilib14:45Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edəcək14:22Abşeronda evdən 53 500 manatlıq oğurluq edilib13:55Azərbaycan voleybolunun veteranı və ilk voleybol meneceri13:43AFAQ layihəsi çərçivəsində regionlarda qadın fermerlərlə görüşlər keçirilir13:31Sabah hava necə olacaq?13:18Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb13:01Müsavat Partiyasını alverçilərdən təmizləmək lazımdır12:52“Azərenerji” gənc və perspektivli kadrların yolunu açır12:40Bu ilin 10 ayında Azərbaycan iqtisadiyyatına 11 milyard manatdan çox investisiya qoyulub12:02Təhsil müəssisələrində Milli Dirçəliş Günü qeyd edilib11:50"Loqos"un təmsilçisi beynəlxalq festivalda iştirak edib11:38Kəmaləddin Heydərovun biznesində ciddi axsamalar yarandı — Bosniyada işlər yarımçıq qaldı11:27“Məktəb seminarları” davam edir11:18Keçən ay 9 mindən çox yeni abonent qeydə alınıb10:59Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib10:45Bu ilin 10 ayı ərzində 1559,8 km uzunluqda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib10:25Avtomobil qəzası zamani Qazax şəhərinin mərkəzindəki qaz xətti qırılıb10:00Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır09:35Atəşkəs rejimi 25 dəfə pozulub09:00İranda baş verəcək istənilən proses Azərbaycana təsirsiz ötüşməyəcək16:21Yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı15:45İndiyədək 26197 fermer əkdikləri məhsul barədə məlumatı EKTİS-ə daxil ediblər14:01Fizuli Məmmədovdan bayram təbriki: "Azərbaycanın müstəqilliyi əbədi, müstəqil Azərbaycan dövləti güclü və firavan olsun”13:32Hava limanı yolunda dəhşətli qəza-ölən və yaralananlar var13:10Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO13:00Sabah bəzi ərazilərdə yağış, sulu qar yağacaq12:39Bir siyasi partiyanın "mühacir biznesi" (insan alveri) ilə məşğul olması nəinki mənəvi, eyni zamanda siyasi rüsvayçılıqdır12:092020-ci ildə Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər11:48"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib11:20“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Quba, Qusar və Xaçmazda fermerlərlə görüşüb10:34Naxçıvan Qarnizonu ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi başa çatıb - VİDEO10:00Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edib09:20Atəşkəs rejimi 23 dəfə pozulub09:02Rusiya Azərbaycanlıları İttifaqının Mübariz döyüşçü idman klubunu hüquqi şəxs olaraq qeydiyyatdan keçdi08:35Azərbaycanda Milli Dirçəliş Günüdür18:50Lerikin daha 3 kəndinə qaz verildi18:27Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Balakən rayonunda vətəndaşlarla görüşüb17:52Bu erməni lobbisinə vurulan ciddi zərbə idi17:44Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO17:27BŞTİ müdiri vətəndaşları qəbul edib17:10Prezident zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayırdı16:58“Mastercard”la bir toxunuşla ödəniş edin16:33İrandan Azərbaycana daxili orqanında narkotik vasitə və psixotrop maddə gətirmək istədi16:11Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır15:45Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib15:26Azərbaycanla Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub15:19"Sirab"a qarşı kampaniyanın arxasında kimlər durur?15:08Azərbaycan və Gürcüstanın dəmir yolları arasında görüş keçirilib14:34“Azəriqaz” “SMART-KART” tipli sayğaclarla bağlı məsələyə aydınlıq gətirdi14:18Astarada insan alveri ilə bağlı təlim keçirilib13:57Agentlik rəhbərliyi vətəndaşları qəbul edəcək13:37Azərbaycanın Energetika naziri Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxstan sammitində iştirak edib13:12Sabah hava yağmurlu olacaq
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (370)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Ocak 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İctimai Nəzarət Şurasının üzvləri imtahanların gedişini izləyiblər

14 Yanvar 2019, 10:14   
İctimai Nəzarət Şurasının üzvləri imtahanların gedişini izləyiblər


Newscenter.az.14.01.2019
. Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər. Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov və şura üzvləri - “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva, tələbə-dekan Məhərrəm Alimli ATU-nun İmtahan Mərkəzinə baxış keçiriblər və burada aparılan imtahanın gedişi ilə tanış olublar.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, şuranın üzvləri imtahan öncəsi və imtahan prosesində tətbiq olunan yeniliklərlə maraqlanıblar. Bu barədə universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev ətraflı açıqlama verib. Rektorun müvafiq əmri ilə 154 nəfərdən ibarət nəzarətçilər qrupunun yaradıldığını deyən prorektor bildirib ki, əvvəl fənnin kredit yükündən asılı olaraq internetdə 700-1000 arası sual yerləşdirilirdi. Tələbələr bütövlükdə bütün suallarla tanış olurdu və hər kəs tanış olduğu suallar içərisindən testə düşən 50 sualı cavablandırırdı: “Sonradan gördük ki, tələbələr əzbərçiliyə gedir. Ona görə də sualların qoyuluşunda dəyişiklik etdik. Artıq üçüncü ildir ki, testə açıq sual adlandırılsa da, əslində qapalı olan çoxcavablı suallar salmışıq. Birinci il sualların içərisindən cəmi 5 sualı gizli sual kimi verdik. Bunlar tələbələrin nəzərinə çatdırılan suallar deyil və bir neçə cavabı var. Sadəcə olaraq tələbələrə bu suallara necə hazırlaşmağın yollarını göstəririk. Keçən il bu cür sualların sayını10-a çatdırdıq və nəticədə tələbələrin xüsusən təməl fənlərindən topladıqları balların miqdarı xeyli azaldı. Ən yüksək balı yalnız çox istedadlı tələbələr toplaya bilirlər”.

S. Əliyev sualların sayının da yarıya, yəni 50-dən 25-ə endirildiyini söyləyərək qeyd edib ki, əvvəllər 50 sualın hərəsinə bir bal verilirdisə, indi 25 sualın hər birinə iki bal verilməklə, bütövlükdə 50 bal limiti saxlanılır: “Fərq ondadır ki, tələbə 15 sualla internetdə tanış olaraq 30 balı toplamaq imkanı əldə etsə də, 50 balın qalan 20 balını ancaq gizli suallara görə qazana bilər”.

Tələbələrin məşğələ dərslərindən topladıqları balın miqdarı ilə bağlı mövcud problemə də toxunan prorektor bildirib ki, təməl fənlərdən fərqli olaraq kliniki fənlərdə bu məsələ hələ tam həllini tapmayıb.

“Gələcəkdə əsas hədəfimiz gizli sualların sayını 15-ə çatdırmaq, klassik testlərlə paralel imtahanın yazılı formasından da istifadə etməkdir” - deyən prorektor test üsulunun tətbiqi ilə əlaqədar imtahanların sayının 2-3 dəfə artdığını da qeyd edib. O, universitetin rektoru, professor Gəray Gəraybəylinin bu istiqamətdə çox zəruri, həm də radikal qərarlar qəbul etdiyini diqqətə çatdıraraq bildirib ki, biz tematik planları itirmədən, yəni mövzular saxlanılmaqla bəzi imtahanları ləğv etdik, bəzi fənləri birləşdirməklə əlavə imtahanların sayını azaltdıq. İndi isə imtahanın sayını 10-dan 7-yə endirməyi hədəf götürmüşük.

S. Əliyev ictimai nəzarət şurasının üzvlərinə bu tədris ilindən etibarən IV-V kurslarda praktiki məşğələlərin artıq kurasya şəklində deyil, qoşa saat formasında keçirilməsi haqqında da

məlumat verərək bildirib ki, kliniki fənlərdən əksər hallarda ardıcıl olaraq iki qoşa saat təşkil edən və semestr boyunca paylaşdırılan bu dərskeçmə formatı praktiki məşğələlərin keyfiyyətini artıraraq xəstə nümayişində daha geniş imkanlar açmış, fənn proqramının daha yaxşı mənimsənilməsini və tələbələr tərəfindən davamiyyət limitini aşmamaq baxımından daha optimal şərait yaratmışdır.

Bu tədris ilindən başlayaraq III, IV, V kurslarda əvvəllər yay vaxtı keçirilən istehsalat təcrübəsinin semestr boyunca dərs cədvəlinə salınmasını da düzgün yanaşma hesab edən prorektor deyib ki, bu yeniliyin tətbiqinə qədər həmin kurslarda kəsri qalan tələbələr yay semestrində iştirak edə bilmirdilər.

S. Əliyev elektron jurnala keçid, aralıq qiymətləndirmə və digər məsələlərlə bağlı da ictimai nəzarət şurasının üzvlərini məlumatlandırıb.

Şuranın üzvləri imtahanın gedişində tələbələrin və nəzarətçilərin fikirlərini də öyrəniblər. İraq vətəndaşı, stomatologiya fakültəsinin II kurs tələbəsi Yahya Razi, I müalicə-profilaktika fakültəsinin tələbəsi Zərifə İsmayilova və digərləri testlərə proqrama uyğun sualların salındığını, imtahan prosesinin çox rahat keçdiyini deyiblər. İmtahan nəzarətçisi, əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş laborantı S. Atakişizadə imtahanın gedişində hələ heç bir problemin yaranmadığını söyləyib.

İmtahan Mərkəzinin direktoru, dosent Şahin Bayramov da tətbiq edilən yeniliklərin imtahan prosesinə müsbət təsirindən danışıb. Açıq tipli sualların tətbiqində əsas məqsədin tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onlarda dərsliklərlə, kitablarla daha çox işləmək vərdişi yaratmaq olduğunu bildirib.

Şikayətlərin araşdırıldığı xüsusi otağa da baş çəkən şuranın üzvləri tələbələrin daha çox narazı qaldığı məqamlarla maraqlanıblar. Bir neçə tələbənin şikayətinin motivi ilə yerindəcə tanış olaraq ekspert rəylərini dinləyiblər. Bu zaman müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Cavid Mustafazadənin şikayətinə də baxılıb və onun müraciəti əsaslı hesab edilərək müsbət həll olunub.

ATU-nun Apellyasiya komissiyasının sədri, professor Surxay Musayev imtahanlar başlayandan bəri 300-ə yaxın ərizə verildiyini, bu ərizələrin bir qisminin əsaslı, böyük bir qisminin isə əsassız olduğunu deyib: “Yəni müraciətlər o zaman əsaslıdır ki, ya testlər qüsurludur, ya da tələbə doğru cavab versə də, cavab etalonu testdə düzgün qoyulmayıb. Bütövlükdə komissiyanın fəaliyyətində sevindirici hal budur ki, tələbələr əvvəlki illərdəki kimi küçələrdə satılan, haradansa yığılan testlərlə, kserekopiyalarla deyil, kitablarla gəlirlər. Oxuduqları ədəbiyyatı, doğru hesab etdikləri variant göstərir, hətta ingilis dilində mənbəni tapıb gətirirlər. Bir sözlə, tələbə artıq əzbərləmədən oxumağa keçir, dərsliklərə qayıdır”.

İctimai Nəzarət Şurasının üzvləri universitetdə tətbiq olunan yenilikləri müsbət qiymətləndiriblər. Şuranın sədri İlham Məmmədov bildirib ki, cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də ictimai nəzarətin olması mühüm məsələdir. Bu, şəffaflığın artmasına, obyektivliyin təmin olunmasına şərait yaradır. İctimai nəzarətin vətəndaş cəmiyyəti ilə qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə səbəb olduğunu deyən İ. Məmmədov universitetdə aparılan islahatların tələbələrin gələcək fəaliyyətlərində müstəsna rol oynayacağına əminliyini ifadə edib.

Qeyd edək ki, İmtahan Mərkəzinə baxış zamanı üzərində qaynar xəttin nömrələri yazılan “rəy qutusu” da şura üzvləri tərəfindən açılıb və burada toplanan təkliflər, rəylər qruplaşdırılaraq araşdırılmaq üçün götürülü
OXŞAR MÖVZULAR