Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehman Hüseynova qarşı qaldırılmış yeni cinayət işinə xitam verilməsinin xarici və daxili təsirlərlə heç bir bağlılığı yoxdur

Mehman Hüseynova qarşı qaldırılmış yeni cinayət işinə xitam verilməsinin xarici və daxili təsirlərlə heç bir bağlılığı yoxdur


Newscenter.az.23.01.2019. “Mənə belə gəlir ki, hazırda əsas məqam Mehman Hüseynova qarşı qaldırılmış yeni cinayət işinə xitam verilməsinin səbəbləri yox, faktın özüdür”.

Newscenter.az xəbər verir ki, bu fikirləri müstəqil ekspert Əlabbas Məhərrəmli səsləndirib. O, bildirib ki, ötən həftə həm hüquq müdafiəşiləri, həm də diplomatik korpusun nümayəndələri Mehmanla görüşüblər və Mehman Hüseynov vəziyyətinin normal olduğunu bildirib:

“Sadəcə, ona qarşı qaldırılmış ikinci cinayət işinə etiraz edirdi. Bundan sonra kifayət qədər qədər yüksək səviyyədə bəyan edildi ki, dövlət başçısı Mehmanın məsələsini nəzarətə götürüb. Bu bəyanatın verildiyi günün ertəsi Mehmana qarşı qaldırılmış cinayət işinə xitam verilməsi onun məsələsinin obyektiv araşdırılmasının nəticəsi sayıla bilər”.

Ekspert bildirib ki, burada istər xarici, istərsə də daxili təzyiq amillərini istisna edir: “Təzyiq məsələsini iddia edənlər Mehmanın prezidentə müraciətini deyəsən, “unudurlar”. Yenə deyirəm, əsas olan Mehmana qarşı qaldırılmış ikinci cinayət işinə xitam verilməsidir. Bu isə o deməkdir ki, blogger çəkdiyi cəza müddətinin tamamında azadlığa çıxacaq”.
Xəbəri paylaş