Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaradağ rayonunun Ümid qəsəbəsinə köçürüləcək məcburi köçkünlər arasında püşkatama keçirilib

 Qaradağ rayonunun Ümid qəsəbəsinə köçürüləcək məcburi köçkünlər arasında püşkatama keçirilib


Newscenter.az.23.01.2019. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən, Qaradağ rayonun Ümid qəsəbəsində ikinci mərhələ üzrə 300 ailə üçün inşa olunmuş beş mərtəbəli 4 binadakı mənzillər də ağır şəraitdə yaşayan məcburi köçkünlərə veriləcək.

Dövlət Komitəsindən Newscenter.az-a bildirilib ki, ötən il rayonun Lökbatan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində yerli sahibkarlıq subyektlərinin vəsaiti hesabına inşa edilmiş “Qobu Park” yaşayış kompleksinə, əsasən, Bakıda ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülüblər. Hazırda həmin ərazidə “Qobu Park-2” yaşayış kompleksinin inşası davam etdirilir. Ötən ilin sonunda Abşeron rayonunda və Sumqayıt şəhərində istifadəyə verilmiş yeni yaşayış komplekslərindəki mənzillərə də köçürülmə eyni qaydada, ədalət və şəffaflıq şəraitində aparılacaq.

Yanvarın 23-də isə Ümid qəsəbəsində yeni mənzillərə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib.

Lökbatan Mədəniyyət Sarayında təşkil edilmiş püşkatmada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.
Xəbəri paylaş