Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Gənclər siyasətinin Azərbaycan modeli” adlı beynəlxalq konfrans keçiriləcək

“Gənclər siyasətinin Azərbaycan modeli” adlı beynəlxalq konfrans keçiriləcək


Newscenter.az.28.01.2019.
Yaxın günlərdə Bakıda “Gənclər siyasətinin Azərbaycan modeli” adlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı Newscenter.az-a Azərbaycan-Amerika Gəncləri Birliyinin sədri Vüqar Əhmədov verib.

Bildirib ki, konfrans Azərbaycan Gənclər Fondu, eləcə də Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə keçiriləcək. Konfrans yanvar ayının 31-də Bakı Konqres Mərkəzində baş tutacaq. Konfransda hökumət və dövlət nümayəndələri, millət vəkilləri, eləcə də müxtəlif gənclər təşkilatlarının nümayəndələri iştirak edəcək.
Xəbəri paylaş