Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Con Bolton Prezident İlham Əliyevə zəng edib

Con Bolton Prezident İlham Əliyevə zəng edib


Newscenter.az.30.01.2019. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.
Xəbəri paylaş