Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhməd Bakıxanovun “Şuri” ləqəbini verdiyi xanəndə kimdir?

Əhməd Bakıxanovun “Şuri” ləqəbini verdiyi xanəndə kimdir?


Newscenter.az.1.02.2019. Milli dəyərlərə sadiq, əsrlərin süzgəcindən keçib gəlmiş adət ən-ənələrə daima bağlı olması ilə seçilən Abşeron yəni Bakı ətrafı kəndlərin Azərbaycan muğamının inkişafında özünə məxsus yeri olmuşdur. Hələ 19-cu əsrin əvvəllərində Bakı və Bakı ətrafı kəndlərdə şair və xanəndələrdən ibarət muğam məclislərinin keçirilməsi məlumdur. Bu məclislərdə iştirak etmək üçün Qarabağdan, Şirvandan və hətta İrandan musiqiçilər və qəzəlxanlar gəlirdilər. Bakı kəndlərində muğamata sevgi, maraq və bilgi o qədər güclü olmuşdur ki, xüsusən yeni başlayan muğam ifaçıları üçün bakı kəndlərinin el məclislərində ifa etmək bir növ imtahan sayılırdı. Çünki muğamatı dərindən bilən bakı əhlinin məclislərində xanəndələr üçün səhfsiz və düzgün oxumaq lazım gəlirdi. Bir sözlə bakı kəndlərinin el məclislərində muğam imtahanından keçmək yenicə ifa edənlər üçün xanəndəlik vəsiqəsinin verilməsi demək idi.

Bu mühüt Abşeron muğam məktəbinin əsasını qoymuş, neçə-neçə qəzəlxanların və muğam ustadlarının yetişməsinə şərait yaratmışdır. Abşeron muğam məktəbinin yetirmələrindən biridə Hökməli kəndindən olan “Şuri” ləqəbli Qəribov Soltan Xəlfə oğludur. Soltan Qəribov 26-dekabr 1946-cı ildə Hökməli kəndində anadan olmuşdur. Xanəndənin dediyinə görə ailələri böyük olub.Altı qardaş və beş bacı olan ailə üzvlərinindən demək olarki, əksərinin gözəl səsi olsada təkcə Soltan bu sənəti seçib və davam etdirib.

Soltan hələ kiçik yaşlarında ad günlərində, toylarda və məktəbdə keçrilən tədbirlərdə muğam ifa etməklə dinləyənlərdə xoş təəssurat yaratmağı bacarıb. Bir dəfə xalq artisti və muğam ustadı Əlibaba Məmmədov Hökməlidə toyda olarkən yeniyetmə Soltanı dinləyir və ifası xoşuna gəldiyi üçün onu humayun ansanblına dəvət edir. Bu hadisə gənc Soltanın həyatında yeni bir cığır açır. Artıq xanəndə olmağı qarşısına məqsəd qoymuş Soltan Qəribov 1961-ci ildə Abşeronda keçirilmiş muğam müsabiqəsində iştirak edir və müsabiqənin qalibi olur.

Humayun ansanblında iki il çıxış edən gənc Soltan tədbirlərin birində görkəmli tarzən və böyük muğam ustadı Əhməd Bakıxanovun diqqətini cəlb etnəyə nail olur.

Bu dəfə Əhməd Bakıxanovun təklifi ilə Azərbaycan radiosunun xalq çalğı alətləri ansamblının nəzdində yaranan təşkilatçısı və rəhbəri olduğu və 1973-cü ildən Əhməd Bakıxanovun adını daşıyan ansanblda çıxış etməsi təklif edilir. Əhməd Bakıxanovun təklifini qəbul edən Soltan Qəribov 2 il Əhməd Bakıxanovun ansanbılında çıxış edir. Şuri ləqəbi ona Şur muğamını gözəl və özünəməxsus ifa tərziylə oxuduğu üçün Əhməd Bakıxanov tərəfindən verilmişdir. Elə o zamandanda xanəndəni hamı Şuri kimi tanıyır.
Soltan Qəribov 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi məktəbinə daxil olur və burada muğam ustadı Hacıbaba Hüseynovdan dərs alaraq gələcəyin xanəndəsi kimi muğam sənətinin incəliklərinə yiyələnir.
Abşeron muğam məktəbinin davamçılarından olan Soltan Qəribov Abşeron kəndlərində sevilən xanənədir. Xanəndə təkcə el şənliklərində deyil eyni zamanda tez-tez televiya kanallarındada çıxış edir.
Beş övlad atası olan muğam ustadı Soltan Qəribov hal-hazırda anadan olduğu Hökməli kəndində yaşayır.

Fərman Salmanlı
Xəbəri paylaş