Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi davam edir

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi davam edir


Newscenter.az.4.02.1019. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən işlər sürətlə və keyfiyyətlə davam etdirilir.

Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, tikinti işləri birbaşa olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Layihə sənədlərinin hazırlanması, məsləhətçi xidmətlərinin yerinə yetirilməsi, tikinti-quraşdırma işlərinin hansı mərhələdə olması, həmçinin layihədə qarşıya çıxan problemlərin həlli yollarının axtarılması və aradan qaldırılmasının işçi qaydada həll olunması məqsədi ilə mütamadi olaraq Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi ilə tikinti meydanındaca yolun tikintisini və layihələndirilməsini həyata keçirən podratçı və layihəçi şirkətlərin nümayəndələrinin iştirak etdiyi iclaslar keçirilir. İdarə Heyətinin sədri Saleh Məmmədov növbəti bu cür görüşlər zamanı layihənin əhəmiyyətini bir daha diqqətə çatdıraraq tikinti işləri ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək.

Xatırladaq ki, 7 dekabr 2017-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun təməl qoyma mərasimi keçirilib.
Xəbəri paylaş