Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıblar

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıblar


Newscenter.az.4.02.2019. Fevralın 1-2-də Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilər arasında beynəlxalq turnir keçirilib.

Newscenter.az xəbər verir ki, qadınlar arasında şəxsi yarışlarda stolüstü tennisçimiz Mehriban Dadaşova bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Digər stolüstü tennisçimiz Fatimə Cəfərova isə gümüş medal qazanıb.

Oğlanlar arasında şəxsi yarışlarda Xaliq Becanov gümüş, Hacımurad Məmmədbəyov isə bürünc medala sahib olublar.
Xəbəri paylaş