Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda qaz kəmərləri yenidən qurulur

Sumqayıtda qaz kəmərləri yenidən qurulur


Newscenter.az.4.02.2019. “Azəriqaz” İstehsalat Birliyi respublika ərazisində qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanın artırılması, əhalinin ''mavi yanacaq''la təhlükəsiz, itkisiz və keyfiyyətli təminatı məqsədi ilə aparılan işləri uğurla yerinə yetirir. Birliyin həyata keçirdiyi müvafiq proqrama əsasən, ölkənin qaz təchizatı sistemində mövcud olan problemlər intensiv surətdə aradan qaldırılır, qaz təsərrüfatının dinamik inkişafı istiqamətində fəaliyyəti davam etdirilir.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, görülmüş işlərin nəticəsi olaraq,paytaxt Bakı ilə yanaşı Sumqayıt şəhərində də qaz kəmərləri yenidən qurulur. Belə ki, şəhərin 21-ci mikrorayon ərazisində, 76, 49 və 52-ci məhəllələrində, həmçinin Novxanı bağları adlanan ərazidə qaz kəmərləri yeniləri ilə əvəz olunması üçün layihə üzrə 24 700 metrə yaxın qaz kəmərinin çəkilməsi nəzərdə tutulub. Hazırda qeyd olunan ərazilərdə 2500 metrə yaxın qaz kəməri çəkilmişdir. Bundan başqa şəhərdə həyətyanı sahələdə yerləşən qaz sayğaclarının da yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır.
Xəbəri paylaş