Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblilər arasında şeir müsabiqəsi keçiriləcək

Məktəblilər arasında şeir müsabiqəsi  keçiriləcək


Newscenter.az.5.02.2019
. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında “Azərbaycan dili-milli varlığımızdır” mövzusunda şeir müsabiqəsi keçiriləcək. Newscenter.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir.

Müsabiqənin VI-XI sinif şagirdləri arasında fevral-mart aylarında üç mərhələdə keçirilməsi nəzərdə tutulub.
“Azərbaycan dili-milli varlığımızdır” mövzusunda şeir müsabiqəsinin I mərhələsi 5-22 fevral tarixlərində ümumi təhsil müəssisələrində təşkil olunacaq. Müsabiqənin təhsil müəssisələrində keçirilmiş mərhələsində yalnız I yerin qalibləri rayon mərhələsində iştirak etmək hüququ qazanacaq.

Müsabiqənin II mərhələsi 25 fevral-7 mart, III mərhələsi isə 11-30 mart tarixlərində baş tutacaq. Müsabiqənin III–şəhər mərhələsində rayon mərhələsində I, II yerləri tutan şagirdlər iştirak edəcək. Şəhər mərhələsində I, II və III yerləri tutan iştirakçılar qalib olacaq.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
R.Mehdiyeva
Xəbəri paylaş