Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzMİU-da “Uğurlu tərəfdaşlıq-real təcrübə” adlı görüş keçirilib

 AzMİU-da “Uğurlu tərəfdaşlıq-real təcrübə” adlı görüş keçirilib


Newscenter.az.6.02.2019.
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkənin aparıcı istehsalat müəssisələrinin nümayəndələri ilə universitet kollektivinin “Uğurlu tərəfdaşlıq-real təcrübə” adlı görüşü keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, ölkənin aparıcı dövlət və özəl müəssisələrinin (Zaferoğlu İnşaat MMC, Embawood MMC, AzerGold QSC, Təmiz Şəhər ASC, AzVirt MMC və.s) rəhbər və nümayəndələri, tələbələr iştirak edib.

AzMİU-nun rektoru, professor G.Məmmədova görüşün məqsədinə toxunaraq universitetdə kadr hazırlığı məsələsində nəzəri biliklərlə yanaşı, praktik biliklərə xüsusi əhəmiyyət verildiyini qeyd edib. Əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının ali təhsil müəssisələri qarşısında duran əsas məsələ olduğunu, bu istiqamətdə elm-təhsil-biznes vəhdətinin vacibliyini diqqətə çatdırıb. Uğurlu tərəfdaşlığın davamında universitetin iş dünyası ilə olan əməkdaşlığının hər iki sahəyə olan müsbət təsirindən danışıb. Rektor kadr hazırlığında universitetin əmək bazarı ilə birgə fəaliyyətinə geniş imkanlar yaratdığını bildirib.
Xəbəri paylaş