Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şamaxı rayonunun qaz təchizatı qısa müddətdə bərpa olunacaq

 Şamaxı rayonunun qaz təchizatı qısa müddətdə bərpa olunacaq


Newscenter.az.6.02.2019. Fevralın 5-də gecə saat 12 radələrində Respublikanın Dağlıq Şirvan iqtisadi rayonunda baş vermiş zəlzələnin təsirindən Şamaxı rayonunda 5 nöqtədə küçə qaz xətləri zədələnib.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bununla bağlı Ağsu Regional qaz istismarı İdarəsinə məlumat daxil olan kimi Şamaxı rayonunun qaz təchizatı dayandırılıb və Ağsu RQİİ-də yaradılmış əməliyyat qrupunun əməkdaşları zəlzələ nəticəsində zədələnmiş,qırılmış qaz xətlərinə baxış keçiriblər.

Şamaxı rayonunun əhalisinin təbii qaz təchizatında yaranmış fasilənin tez bir zamanda aradan qaldırılması üçün artıq “Azəriqaz” İstehsalat Birliyinin aidiyyatı qurumları tərəfindən səhər saatlarından zədələnmiş qaz kəmərlərində təmir-bərpa işləri aparılır və işlərin günorta saatlarına kimi başa çatdırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra Şamaxı rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişi tam bərpa olunacaq.
Xəbəri paylaş