Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib

“Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib


Newscenter.az.7.02.2019. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar paytaxtdakı ümumi təhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, təhsil nazirinin əmrinə əsasən, keçirilən müsabiqənin əsas məqsədi müstəqil Azərbaycanın dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin Bakı şəhəri üzrə 4 mərhələdə keçirilməsi nəzərdə tutulur. Müsabiqənin məktəbdaxili mərhələsi 7-28 fevral 2019-cu il tarixlərini əhatə edəcək.

Məktəbdaxili mərhələni uğurla keçən şagirdlər 1-13 mart 2019-cu il tarixlərində keçiriləcək rayon mərhələsinə qatılacaqlar. Paytaxtda rayon mərhələsinin qalibləri 14-19 mart 2019-cu il tarixlərində təşkil olunacaq şəhər mərhələsinə keçmək hüququ qazanacaq. Bakı şəhər mərhələsində uğur qazanan 12 ən yaxşı təqdimatçı aprel ayında keçiriləcək ölkə mərhələsində iştirak hüququ əldə edəcək.
Xəbəri paylaş