Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Komanda-qərargah təlimi keçirilir

Komanda-qərargah təlimi keçirilir


Newscenter.az.7.02.2019. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimdə əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə mövcud qüvvələrdən və ehtiyatlardan praktiki istifadə etməsidir.

Təlimə cəlb olunan heyət simulyasiya sistemləri vasitəsilə döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz, bacarıqla və qətiyyətlə idarə edilməsi vərdişlərini, bilik və bacarıqlarını təkmilləşdirir.
Xəbəri paylaş