Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATU-da yaşlı qadına böyrək köçürülüb

ATU-da yaşlı qadına böyrək köçürülüb


Newscenter.az.8.02.2019. Azərbaycan Tibb universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uğurlu böyrək köçürülməsi əməliyyatı icra olunub. Bu barədə Newscenter.az-a klinikanın transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazov məlumat verib.

A.Namazov bildirir ki, əməliyyat 50 yaşlı qadında aparılıb. Bu xanım böyrək folikistozu irsi xəstəliyi ilə əlaqədar klinikaya müraciət edib: “Xəstənin nəslində bir neçə nəfər dializ xəstəsidir. Bizə müraciət edən qadın da il yarımdır ki, dializ xəstəsi idi. Xəstəyə yaxın qohumu tərəfindən böyrək köçürülməsinə dair qərar verildi. Ətraflı müayinələrdən sonra orqanın toxuma uyğunluğu təsdiqləndi”.

Artıq ATU-nun Tədris Cərrahiyyə Klinikasında xəstəyə böyrək köçürülməsi əməliyyatı uğurla icra olunub. Əməliyyat 5 saata yaxın müddətdə davam edib. Əməliyyatdan 3 gün sonra donor, 1 həftə sonra isə böyrək köçürülən şəxs evə yazılıb.
Xəbəri paylaş