Impera

XƏBƏR LENTİ
22:39Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı15:55AQTA-nın sahibkarlara müraciət edib15:35“Dəyişikliklərə doğru”: Bakıda üçüncü dəfə “SHE Congress”keçiriləcək13:51İlham Əliyevlə Paşinyan Amerikada görüşəcək?13:19İTV-nin Yayım Şurasının iclası keçirilib13:07Zakir Həsənov Rusiyanın hərbi attaşesi ilə görüşüb12:49Xocəsən-Lökbatan avtomobil yolunun 11 km-lik hissəsi yenidən qurulur12:13Müsabiqənin ilk mərhələsi başa çatıb11:56AzTU-da təhsil, texnologiya və biznes səyləri birləşdirilir11:13Ermənistan xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirən Mehdibəy Səfərov yeni partiya təsis edir10:46Aİİ-də Heydər Əliyev təqaüdü təsis edilib10:00Paytaxt məktəblisi Respublika müsabiqəsinin qızıl medalçısı olub09:24Atəşkəs rejimi 23 dəfə pozulub18:36Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib18:17Respublika fənn olimpiadalarının nəticələri açıqlanıb17:48Doktorant, tələbə və AMEA-nın magistrantlarının təqaüdlərinin məbləğləri müəyyənləşdirilib17:31Dövlət Miqrasiya Xidmətində RESTART layihəsinin tərəfdaşlarının ilk görüşü keçirilib17:25Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb17:205 mart Bədən Tərbiyəsi və İdman Günü tədbirləri Gəncədə keçiriləcək16:41“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib16:07Metropolitençilər qan verib15:46Cəbhə bölgəsində maarifləndirmə tədbiri keçirilib15:28“Müasir Azərbaycan Qadını – 4” layihəsinin açılış mərasimi keçirildb15:02Qazaxın içməli su təchizatı yenidən qurulur14:40Səyyar ASAN Kommunal Səbaildə14:386,4 km magistral su kəməri çəkiləcək14:00AzTU ilə Əfqanıstan universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub13:43Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var13:10Miqrasiya Xidməti Anlaşma Memorandumu imzalayıb13:00Sükan arxasında siqaret çəkən sürücülər cərimə olunacaq12:46Binəqədi rayonunda 15-ə yaxın küçə və yolda təmir-bərpa işləri aparılır12:30Nazirin qəbul vaxtı dəyişdirildi12:13“Kiçik Akademiya”ların fəaliyyəti gücləndirilir11:37Vergilər Nazirliyində kollegiya iclası keçirilib10:41Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunacaq10:20“Nikoil Bank”ın vəzifəli əməkdaşları həbs edilib09:10Düşmən 27 dəfə atəşkəsi pozub08:31Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı15:20Miqrasiya Xidmətinə 5 min 940 müraciət daxil olub15:05“İrəli” sədri təltif olunub14:52Ali Baş Komandan əsgərlərlə bir süfrə arxasında14:46"İdeyadan Biznesə" layihəsinin ikinci mərhələsinə start verilir13:06Prezident Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib11:22Özünə millətçi deyən şəxs xarici dövlətdən dəstək istəməz11:00Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib10:24Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi09:40Ermənilər 29 dəfə atəşkəsi pozub09:00Ölkəmiz “Rəqəmli Bazarların Harmonizasiyası” üzrə beynəlxalq tədbirdə təmsil olunub18:25İqtisadiyyat naziri Rene Van der Linden ilə görüşüb17:57Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib17:34“Türk Hava Yolları” təhlükəsizlik üzrə yeni təlimatvideosu hazırlayıb17:16Prezidentdən yeni təyinat17:14Gürgən qəsəbəsi və “Qoşa Qışlaq” yaşayış massivinin yolları yenidən qurulur16:00Qəbələ “KOB Dostu” sahibkarların xidmətində15:49Keçən ay 4 rayon üzrə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanıb15:23Boks üzrə açıq birincilik başa çatıb14:20“Xətai” stansiyasında yeni eskalatorlar quraşdırılır13:53“Azərenerji” enerjisistemin Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur13:26Prezidentin zəlzələ ərazisindəki sakinlərlə görüşü onlarda böyük ruh yükəsəkliyi yaratdı12:17Paytaxtda daha bir otel istifadəyə verilib11:49İlahiyyat İnstitutunun kataloqu çap olunub11:19Naxçıvan Qarnizonu qoşunlarında təlim-metodiki toplantı keçirilib10:48İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir10:10Bakıda Xıdır Nəbi bayramı qeyd edilib09:54Təmas xəttində monitorinq keçiriləcək09:00Düşmən 21 dəfə atəşkəs rejimini pozub13:52Bakı-Şamaxı avtomobil yolunda hərəkət sürəti artırılır13:23Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək13:00Məktəblilər Avropadan medalla qayıdıb12:48“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı12:30Çexiya ilə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib12:00Prezident vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirir11:47İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi11:34Azərbaycanın dövlət sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib11:22“Azəriqaz”ın abunəçilərinin sayı 2,2 milyona çatıb10:36Aİİ-də payız semestrinin ilk qış imtahan sessiyası yekunlaşıb10:26Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiqlənib10:15Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçiriləcək10:00Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun təməli qoyulub09:17Yeni layihələr Azərbaycan - Rusiya iqtisadi-ticarət əməkdaşlığına növbəti töhfədir08:50Atəşkəs rejimi 25 dəfə pozulub17:50Prezident İlham Əliyev minimum əməkhaqqını 38,4 faiz artırıb17:19Azad Rəhimov vətəndaşları qəbul edib16:50Türk Şurasına üzv dövlətlər arasında təcrübəsi mübadiləsi keçirilib16:30Məlumat Hesablama Mərkəzi "Lightest” – "qlobal etibarlılıq” layihəsi çərçivəsində Kopenhagendə keçirilən konfransda təmsil olunub16:14ATU-da yaşlı qadına böyrək köçürülüb16:00Müxalifət ölkə rəhbərindən ibrət götürsün15:48Bir qrup iş adamı və təhsil eksperti ADAU-da olub15:36İctimai Birlik sədrindən radikallara mesaj- Gör nə qədər ələbaxımsınız15:22Üç rayon üzrə qəbul keçirilib15:12Xərçəng xəstəliyi niyə cavanlaşır?15:06Bu yolda hərəkət qismən məhdudlaşdırılıb14:42Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib14:27Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılır14:11Azərbaycan İlahiyyat İnstitutununbirillik fəaliyyəti ilə bağlı tədbir təşkil olunub13:58“Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib13:41Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb13:13Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edir12:48Alagözlü Leyla-HEKAYƏ12:22Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin(UBİKS) rəhbəri ADAU-da olub
BÜTÜN XƏBƏRLƏR
Fevral 2019 (201)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Azərbaycan İlahiyyat İnstitutununbirillik fəaliyyəti ilə bağlı tədbir təşkil olunub

08 fev 2019, 14:11   
Azərbaycan İlahiyyat İnstitutununbirillik fəaliyyəti ilə bağlı tədbir təşkil olunub


Newscenter.az.8.02.2019. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 8 fevral 2019-cu il tarixdə birillik fəaliyyətinə həsr edilmiş tədbirtəşkil olunub.

Newscenter.az xəbər verir ki, Aİİ-nin kollektivi ilk öncə Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə əklil qoyaraq xatirəsini yad ediblər.

İnstitutun birilliyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, millət vəkili Fazil Mustafa, Bakı Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev,Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq,Aİİ-nin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 fevral2018-ci il tarixli Sərəncamı iləAzərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradıldığını, İnstitutun yaradılmasında məqsədin Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək olduğunu bildirib.

Azərbaycanda nümunəvi dövlət-din münasibətləri haqqında bəhs edən C.Məmmədov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan busiyasətin hazırda onun layiqli varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyeva və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O bildirib ki, Aİİ-nin yaradılması dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə qayğının ən böyük göstəricilərindən biridir.
Aİİ rektoru ötən bir il ərzində İnstitutun gördüyü işlər, həyata keçirdiyi fəaliyyət istiqamətləri, həmçinin hədəfləri haqqında məlumat verib: “Azərbaycan İlahiyyat İnstitutun fəaliyyətə başladıqdan sonra, qısa vaxt ərzində İnstitutun formalaşması istiqamətində zəruri tədbirlər həyata keçirilib, ali təhsil müəssisəsi tədris ilinə hazırlıq səviyyəsinə gətirilib. İnstitutun Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə təhsil standartları Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilmiş və Nazirliyin müvafiq şöbəsindən müsbət rəy alınmışdır. Azərbaycan İlahiyyat İnstitutunda hazırda bir fakültə, 3 kafedra mövcuddur”.

Rektor qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub. Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir: “Belə mütəxəssislər yetişdirmək üçün bir çox layihə həyata keçirir, diskussiyalar, yarışlar, konfranslar, təlimlər təşkil edirik. İşimizdə dünya və qonşu ölkələrin təcrübələrindən bəhrələnirik. İstəyirik ki, tələbələrimiz - gələcəyin ilahiyyatçıları savadlı, kamil mütəxəssislər olmaqla yanaşı, həmçinin səlis nitq qabiliyyətinə malik olsunlar”.

DQİDK sədri cənab Mübariz Qurbanlı İnstitutun birillik fəaliyyətini yüksək qiymətləndirib.O bildirib ki, Azərbaycanda dövlətin himayəsi altında dini təhsil verən belə bir İnstitutun yaradılmasına ehtiyac var idi: “Ümid edirəm ki, İlahiyyat İnstitutu yüksəkixtisaslı kadrların hazırlanması üçün əlverişli təhsil mühiti yaradacaq. Gənclərimizin hər hansı bir ölkəyə din təhsili almağa getməsinin qarşısı alınacaq. Dini məbədlərimiz yüksəkixtisaslı din xadimləri ilə təmin olunacaq”.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov Azərbaycanın din sahəsində uğurlu siyasət həyata keçirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb:“Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır. Bu gün Azərbaycandan dünyaya dini tolerantlıqla bağlı ciddi mesajlar verilir. Azərbaycanda gəncləri başqa dini cərəyanlara cəlb etmək istəyən qüvvələr vardır. Bu baxımdan, dini təhsil mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə İlahiyyat İnstitutunun üzərinə mühüm vəzifələr düşür”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Şeyxülislam Allahşükür Paşazadənin Aİİ heyətinə xeyir və dualarını çatdırıb. O, İlahiyyat İnstitutunun yaradılmasını ölkəmiz üçün xeyli əhəmiyyətli hadisə kimi qiymətləndirib. F.Nurullayev,xüsusilə son illərdə dünyada gedən gərgin siyasi proseslərin bu qərarın doğru və yerində olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Bakı Yeparxiyasının arxiyepiskopuAleksandr İşeinbildirib ki, hazırda cəmiyyətimizdə dini təhsilə böyük tələbat vardır. Bu gün dini təhsil almış insanlara ehiyac olduğunu qeyd edən A. İşein İnstitutun Azərbaycanın dini həyatında xidmətləri olacaq layiqli məzunlar yetişdirəcəyini vurğulayıb.
Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev çıxış zamanı qeyd edib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. M.Yevdayev bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə Azərbaycanda bu dəyərləri qoruyan və təbliğ edən din xadimləri yetişəcək.

Tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, milli düşüncəyə sahib, dövlətçiliyimizə bağlı olan və kənar təsirlərdən uzaq din sahəsində mütəxəssislərə ehtiyac var idi: “İnstituta ilk qəbul prosesi də göstərdi ki, bu sahəyə insanların marağı və tələbatı vardır.Sağlam və müasir dünyagörüşlü pedaqoqların fəaliyyət göstərdiyi İnstitutun Azərbaycan cəmiyyətində dini maarifçiliyin inkişafında əhəmiyyətli rolu olacağına inanırıq.”

Tədbirdə çıxış edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü, Aİİ rəhbərliyi yanında İctimai Nəzarət Şurasının sədriƏliməmməd Nuriyev istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksəkixtisaslı dinşünas və islamşünas kadrlarınhazırlanması baxımından Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib.

Avropa Yəhudiləri İcmasının sədriAleksandr Şarovski, Alban-Udi Xristian İcmasının sədriRobert Mobili, Gürcü Yəhudilərinin Bakı Dini İcmasının sədriAbik Çaruxçev tədbirdə çıxış edərək, Aİİ-nin yaranması və fəaliyyətinin birilliyi münasibətilə İnstitut heyətini təbrik ediblər. Natiqlər yeni təhsil müəssisəsinin quruculuğu sahəsində görülən işləri təqdir edərək, Aİİ rəhbərliyinin və kollektivin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə ediblər.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun 1 illiyi ilə bağlı “Dəyərlərin izi ilə” sənədli filmi nümayiş olunub.
OXŞAR MÖVZULAR