Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müxalifət ölkə rəhbərindən ibrət götürsün

Müxalifət ölkə rəhbərindən ibrət götürsün


Newscenter.az.8.02.2019. Prezident ölkədə ən ucqar bölgədə, ən problemli məsələnin həlli üçün orada olur, zərər görənlərə yardım edir, problemi olanların problemini həll edir”. “

Newscenter.az xəbər verir ki, bir açıqlama ilə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov çıxış edib:

“O qədər imkanlı, zəngin, iş adamları, saysız-hesabsız pullarını sayıb gizlədən insanlar var ki. O qədər özündən deyən, özünü məşhur milyonçu hesab edən, o qədər imkanı geniş olan müğənnilər, şou-biznes əhli var ki. Ayrı vaxtı özlərini dağdan böyük hesab edirlər. Hansı biri ölkə rəhbərinin göstərdiyi dəstəyi göstərir. Bəlkə də xalqımızı aldadıb mitinqə çağıran bu müxaliflər hansısa zəlzələdən əziyət çəkənlərin dərdinə qaldılar. Əsla. Onların dərdi xalqın malını, pulunu mənimsəməkdir. Vicdanınız varsa ölkə rəhbərindən ibrət alın. Ən azından gedin, maraqlanın, problemlərini işıqlandırın. Xüsusi ilə üzümü müxalif jurnalistlərə tuturam. Hansı biriniz gedib Şamaxıda zəlzələdən zərər çəkənləri işıqlandırdız. Heç biriniz. Yaxşı, xətrinizə dəyməsin. Bəlkə də kobudluq etdim. Ama bundan sonra gedin. Demirsiz ki, xalqa canımız yanır. Ölkə rəhbərindən ibrət alın. Nümunə götürün”.
Xəbəri paylaş