Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin(UBİKS) rəhbəri ADAU-da olub

Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin(UBİKS) rəhbəri ADAU-da olub


Newscenter.az.8.02.2019. Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin (UBİKS) rəhbəri Taner Bozkuş Gəncə şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, qonağı universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından salamlayan tədris işəri prorektor, dosent Anar Hətəmov təhsil müəssisəsinin tarixi, müasir vəziyyəti, maddi-texniki bazası, tələbə gənclərin asudə vaxtının səmərəli təşkli, idmanla məşğul olmaları üçün yaradılan şəraitlərdən danışıb.

Görüşdə 2019-ci ilin 18-22 iyun tarixlərində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək UBİKS-nin Beynəlxalq Elm, Mədəniyyət və İdman Konfransının bir bölməsinin universitetdə təşkili məsələləri müzakirə edilib. Sonra müvafiq yerlərə baxış keçirilib.

Xəbəri paylaş