Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitutunun kataloqu çap olunub

İlahiyyat İnstitutunun kataloqu çap olunub


Newscenter.az.12.02.2019. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaranma tarixini, missiyasını, məqsədini və digər fəaliyyət sahələrini əks etdirən kataloq çap olunub. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Azərbaycan dilində çapdan çıxmış 77 səhifəlik kataloqda İnstitut haqqında ətraflı məlumat və ali təhsil müəssisəsinin həyatını əks etdirən fotolar yer alıb.

Kataloq “Nə üçün Aİİ?”, “Tariximiz”, “Missiyamız”, “Məqsədimiz”, “Əsas dəyərlərimiz”, “Akademik təqvim”, “Akademik siyasət”, “İxtisas proqramları”, “İlahiyyat fakültəsi”, “Kafedra və şöbələr”, “Beynəlxalq əlaqələr və əməkdaşlıq”, “Tələbələrə dəstək sistemi”, “Tələbə həyatı” və digər bölmələrdən ibarətdir.

Aİİ-nin rektoru i.f.d. Ceyhun Məmmədovun kataloqa yazdığı “Ön söz”də dini bilikləri dəqiq çatdıra biləcək, dərin elmə, yüksək intellektə, zəngin dünyagörüşünə malik, yeni nəsli düzgün yönləndirəcək peşəkar mütəxəssislərə böyük ehtiyac olduğu qeyd edilir. C.Məmmədov daha sonra bildirir ki, ilahiyyat, təkcə öz tarixi-mədəni köklərinin dərkinə aparan yol, ona açılan bir qapı deyil. O, eyni zamanda, digər konfessiyalara məxsus insanların mənəvi dəyərlərinə hörmət və tolerant münasibəti öyrədən zəruri elm sahəsidir. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını müstəqil dövlətçilik tariximizdə din sahəsində qəbul edilmiş ən ciddi qərarlardan biri olduğunu qeyd edən Aİİ rəhbəri Prezident İlham Əliyevin göstərdiyi etimadı, həmçinin xalqın inam və ümidini doğrultmaq üçün səylə çalışmağın vacib olduğunu bildirir.

“Tələbələrə maddi dəstək” kataloqda yer alan maraqlı bölmələrdən biridir. Gənclər təhsil aldıqları müddətdə onların xərcləri – qidalanma, geyim, yataqxana və digər ehtiyacları təmin olunur. Həmçinin təhsil aldıqları müddətdə müxtəlif adlı təqaüdlərlə təmin olunurlar. “Kitabxana-İnformasiya Mərkəzi” bölümündə İnstitut əməkdaşları və tələbələrinə, eyni zamanda, kənar oxuculara da xidmət göstərildiyi əksini tapıb.
Xəbəri paylaş