Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda daha bir otel istifadəyə verilib

Paytaxtda daha bir otel istifadəyə verilib


Newscenter.az.12.02.2019.
Bakı şəhərində “Villa Inn” otelinin açılışı keçirilib. Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Turizm Assosiasiyasının, SKAL-ın üzvləri və mətbuat nümayəndələri iştirak ediblər. “Villa Inn ” otelinin baş meneceri Turqay Arı qonaqları salamlayaraq onlara turistlər üçün yaradılmış müxtəlif imkanlar haqqında ətraflı məlumat verib. Turqay Arı bildirib ki, “Villa Inn” otelində tam peşəkar komanda işləyir və oteldə qalan qonaqlara Azərbaycanı daha yaxından tanımaq üçün ekskursiyalar da təşkil olunacaq. Otelin qonaqlarına əvvəlcədən fərdi olaraq ekskursiya proqramları hazırlanacaq və onların e-mail ünvanlarına göndəriləcək. Təsdiq olunmuş proqramın həyata keçirilməsində qonaqlara otelin peşəkar komandası tərəfindən hər bir dəstək göstəriləcək. “Villa Inn ” otelinin peşəkar komandası Azərbaycanda turizmin işkişafına öz töhvəsini verəcək.

Qeyd edək ki, “Villa Inn” otelində beynəlxalq standartlara cavab verən hər bir şərait yaradılıb. Otelin 39 otaq nömrəlerinden “ 2 Adeti Business suit ”, “ 1 Adeti Juniour suit ” ,“ 21 adeti Superior” və “ 15 Adeti Standart ” otaqlardan teşkil olunmuştur.. Otelin her iki restorantı da ( Villa Restoran ve Villa Terrace lounge) həftənin 7 günü 24 saat fəaliyyət göstərir. Otelin restoranında peşəkar aşpazlar tərəfindən Azərbaycan və Avropa mətbəxinin təamları hazılanır. Villa Inn oteli qonaqlarının yay mövsümündə çoxluqla istifadə edəcəyi böyük teras və baxçayla təmin olunub. Otelde qonaqların istifadəsinə pulsuz Wi Fi, Biznes otaqlar və konfrans zalında görüşlər də daxildir.
Xəbəri paylaş