Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Binəqədi rayonunda 15-ə yaxın küçə və yolda təmir-bərpa işləri aparılır

Binəqədi rayonunda 15-ə yaxın küçə və yolda təmir-bərpa işləri aparılır


Newscenter.az.14.02.2019. Binəqədi rayonu ərazisində yerləşən qəsəbələrin yollarının yenidən qurulması işlərinə start verilib. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, kompleks tədbirlər ilkin mərhələdə Binəqədi rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrinin 15-ə yaxın küçəsini və məhlədaxili yolları əhatə edir.

Belə ki, Binəqədi qəsəbəsində hazırda ümumi uzunluğu 6 km-dən çox olan 4 yolda, Rəsulzadə qəsəbəsində 2.5 km uzunluğa malik 5 küçə və məhlədaxili yollarda təmir-tikinti işləri həyata keçirilir. Biləcəri qəsəbəsində isə indiyədək 8 min kv.m sahədə 4 küçədə, həmçinin 1 May yaşayış massivinin yolunda təmir işləri həyata keçirilib və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Aparılan təmir-tikinti işləri çərçivəsində ortalama eni 6-8 metr təşkil edən yollar boyu köhnə örtük sökülür, yollların yararsızü qruntu qazılaraq çıxarılır əvəzinə yararlı material tökülərək kipləşdirilir, zəruri yerlərdə yeni yol yatağı və yol əsası inşa edilir. Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yeni asfalt-beton örtüyü döşənir.

Qeyd edək ki, Binəqədi rayonunun qəsəbədaxili yollarının abadlaşdırılması layihəsi çərçivəsində bundan öncə Sulutəpə qəsəbəsinin 4 km-lik Ruslan Alahverdiyev küçəsinin və bu küçəyə paralel olan qəsəbədaxili yolun yenidən qurulması işlərinə başlanılmışdı. Yaxın günlərdə isə 28 may qəsəbəsinin yolunun bərpası işlərinə başlanılacaq.
Xəbəri paylaş