Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var

Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var


Newscenter.az.14.02.2019. Fevralın 14-də 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib.

Bakı Nəqliyyat Agentliyindən Newscenter.az-a daxil olan məlumata görə, Toyota markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayəb.

Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.
Xəbəri paylaş