Impera

XƏBƏR LENTİ
22:51Prezidentdən ciddi tapşırıq: "Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır"22:33Niyə heç cürə kompromisə getmək istəmirsiniz?22:26Azərbaycan Prezidenti: "Vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"22:04Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb21:54İlham Əliyev: "Bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər"20:33Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb19:14Dövlət Gömrük Komitəsinin sədri İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri ilə görüşüb18:13Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir17:15BMqT-nin Azərbaycan nümayəndəliyi üşaqlar üçün nəzərdə tutulan sığınacaqda təmir işləri başa çatdırıb17:00Azərbaycanda yeni dövlət qurumu yaradılır16:10Bu ilin 9 ayı üzrə Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb15:49Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib15:10Dünyada 820 milyondan çox insan acdır14:54KOBİA istixana təsərrüfatının yaradılmasına dəstək göstərib14:28İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər14:06Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb13:41Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib13:26BMqT İcmanın məlumatlandırılması görüşlərini davam etdirir13:13Sabah hava necə olacaq?13:02Müdafiə naziri NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb12:50Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır12:15BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib11:52Ayaqqabısında psixotrop maddə keçirmək istədi11:38“Mastercard” kiberməkandakı konfliktlərdə nzərərçəkmişlərə yardım edəcək11:14Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər10:39“Azəriqaz” payız-qış mövsümünə hazırlığa start verib10:27Müəllim və valideynlərin müraciətləri dinləniləcək10:06Bu rayonlarda qaz olmayacaq10:00Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub09:20Düşmən müxtəlif istiqamətlərində snayper tüfənglərindən mövqelərimizi atəşə tutub09:00Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib08:30Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb22:00İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"20:30Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib19:41Azərbaycan Rusiyaya nota verib17:15“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans keçirilib-FOTOLAR16:52Türkiyə nümayəndə heyəti “ASAN xidmət”də16:14Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürüldü15:33“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” qadınlar üçün yeni proqrama start verib15:19Yük qatarı sərnişini vurdu14:58Bakıda Türk Şurasının sammitində yekun bəyannamə imzalanıb14:47Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başa çatdı14:35“Azəriqaz” İB iddialara aydınləq gətirdi14:25Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək14:06"Bakı Metropoliteni" beynəlxalq tədbirdə təmsil olunub13:53Rəcəb Tayyib Ərdoğan: ""Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün əlimizdən gələni edəcəyik"13:10Bakı Şəhəri üzrə Təhsil İdarəsi gələcək hədəflərini açıqlayıb13:00Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub12:41Cari ilin 9 ayı ərzində Energetika Nazirliyinə 2707 müraciət daxil olub12:23Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb12:03Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün11:30Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb11:15Bakıda 10 məktəb direktoru işdən çıxarılıb11:05Bu yollarda rəngləmə işləri aparılacaq11:00Özbəkistanla turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb10:40AQTA bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi10:12Energetika naziri vətəndaşları qəbul edib09:42Bu rayonlara qaz fasilə ilə veriləcək09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir22:00Türkiyə bəzi dırnaqarası "müsəlman" ölkələrinin və Qərb dövlətlərinin iddia etdiyi kimi heç də işğalçılıq məqsədləri güdmür21:30Məktəblilər qida təhlükəsizliyi barədə maarifləndirilir21:00Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Bakıda keçirilir20:15Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində görüş keçirdilər19:40“Kaspersky Lab” şirkəti Azərbaycanla bağlı geniş təqdimat keçirəcək19:12Bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib18:35Valdaydan sonra, sərt Aşqabad silləsi18:02Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib17:55Səhmdar Cəmiyyət rəhbərliyi vətəndaşları qəbul edəcək17:44Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.17:21Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib16:40DGK:"Şimal Servis" MMC-nin idxal etdiyi mallara görə həyata keçirilən gömrük əməliyyatlarında qanun pozuntusuna yol verilməyib16:31Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib16:25“Türk Hava Yolları” cari ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişinə xidmət göstərib16:06Rusiya Azərbaycanlıları İttifaqı: "Zatulinin fikirləri əslində dəhşətli saxtalaşdırma faktının təzahürüdü"16:00Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb15:53Respublikada tütün və şəkər çuğuduru yığımı davam edir15:46Ərdoğan Azərbaycana gəlib15:34Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək15:25Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub15:06Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək14:36“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri14:17Özbəkistan prezidenti Azərbaycana səfərə gəlib13:19Sabah hava necə olacaq?13:00Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilmıəsinin qarşısını alıb12:44Bu ərazilərdə rəngləmə işləri aparılacaq12:35Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu olub12:20AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub12:00Təhsil müəssisələrində öyrədici seminarlar keçirilir11:55Diplomatik korpusun rəhbərləri yarmarkasına gedəcək11:43Azərbaycan komandası Qətər 2019 MOKA Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb11:30Türk Şurasına sədrlik Azərbaycana keçib11:13Bu ərazilərə qaz fasilə ilə veriləcək10:41Tramp Türkiyəyə tətbiq edəcəyi sanksiyaları niyə gecikdirir?10:00Birinci vitse-prezident akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib09:43Azərbaycan-İran sərhədində insident baş verib, 1 sərhədçi bıçaqlanıb09:29Atəşkəs rejimi 22 dəfə pozulub08:21Tramp Nobel mükafatı ala bilərmi?08:00Akademik Vasim Məmmədəliyev vəfat edib22:29Ruslan Vəliyev: "Azərbaycan Dövlət Aqrar Universiteti sürətlə inkişaf edir"
BÜTÜN XƏBƏRLƏR
Ekim 2019 (402)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)

«    Şubat 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728 

Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı

14 Fevral 2019, 08:31   
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


Newscenter.az.14.02.2019. Son günlər ölkəmizdə ənənəvi və yeni medianın fəaliyəti ilə bağlı ciddi müzakirələr gedir, müxtəlif fikirlər səslənir. Çap mediasının yeni bir mərhələyə çıxmasının vacibliyi vurğulanır, eyni zamanda yeni mediaya (internet və ya onlayn media) onun fəaliyyətinin daha effektiv olması, daha yüksək səviyyəyə çatdırılması üçün dövlət tərəfindən maliyyə yardımının ayrılması məsələsi qeyd olunur.
1875-ci il iyulun 22-də Azərbaycanda milli mətbuatın bünövrəsini qoyan “Əkinçi” qəzeti təsis olunandan sonra cəmiyyətin maariflənməsində mühüm bir mərhələ başlanıb. Sonrakı dönəmlərdə milli mətbuatın inkişafına mühüm töhfələr verən “Bakinski Listok”, “Bakinskiye İzvestiya”, “Kaspi”, “Kəşkül”, “Şərqi Rus”, Azərbaycan Xalq Cumhuriyyəti dövründə isə “Azərbaycan” qəzeti ilə bu maarifçilik dalğasını davam etdirilib.

XX-ci əsrdə yenidən müstəqillik əldə edən, yeni inkişaf səviyyəsinə qədəm qoyanAzərbaycan Respublikasında mətbuatın inkişafı dövlətin bilavasitə dəstəyi ilə yeni mərhələyə qədəm qoyub,çoxsaylı qəzet və jurnallar çap olunub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonunun yaradılması ənənəvi medianın inkişafına yeni nəfəs verib. Fond tərəfindən bütün bu müddət ərzində onlarla qəzetə maddi yardım ayrılıb, redaksiyaların inkişafı üçün imkanlar açılıb və bu proses davam edir.Hazırdadövlət tərəfindən internet mediaya da maliyyə yardımının ayrılması məsələsi müzakirə olunur ki, fikirimizcə, indiki şəraitdə bu vacibistiqamətdir və belə bir dəstəyin internet medianın da gələcək inkişafında müstəsna rolu olacaqdır.

Hazırda dünyada informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatımızın ayrılmaz bir hissəsinə çevrilməsi, sosial şəbəkələrin (hətta ayrı-ayrı dövlətlərə aid olan müxtəlif sosial şəbəkələr) artıq qlobal səviyyədə yayılmasıçap mediasına istər-istəməz öz təsirini göstərir, bütün dünya üzrə medianın ənənəvi platformadan yeni onlayn platformaya transformasiyası prosesi gedir.Demək olar ki, inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlərdə biz bir sıra media orqanlarının tirajlarının azalması, hətta bağlanması kimi xəbərləri oxuyur, yeni-yeni internet qəzetlərin yarandığını müşahidə edirik.
Maraqlı kontent oxucunu cəlb edə bilər

Yeni texnologiyaların sərhədsiz şəkildə genişlənməsi prosesində sözsüz ki,məhz qəzetlər ən çox ziyan çəkən tərəf olur, çünki hər gün genişlənən və hər an yenilənən, yerli və xarici mediadan olan məlumatların əks olunduğuinternet media ilə rəqabət aparmaq həm operativlik, həm bütün resursların zamanında səfərbər olması və məlumatın oxucuya çatdırılmasıbaxımından çox çətindir.Bəs belə şəraitdə qəzetlər nə etməlidir? Sözsüz ki, belə olan halda qəzetlər öz oxucu kütləsini saxlamaq üçün internet mediada oxucunun tapa bilməyəcəyi eksklüziv informasiyalar verməli, maraqli kontent təqdim etməlidir.Yəni oxucu gün ərzində internet mediada olan məlumatı növbəti gün qəzetdə də görməməlidir. Məhz maraqlı kontent hazırda oxucunu özündə saxlaya, qəzetlərin öz auditoriyasını genişləndirməyə kömək edə, eləcə də qəzet satışlarının artmasına şərait yarada bilər.

Biznes subyektlərinin media ilə sıx əməkdaşlığı vacibdir


Eyni zamanda istər qəzetlərin, istərsə də internet medianın ayaqda qala bilməsi üçün təkcə dövlət tərəfindən davamlı olaraq maddi dəstəyin verilməsi kifayət deyildir. Burada əsas məqamlardan biri də özəl sektorun media ilə əməkdaşlıq etməsi və tərkibində reklam olan kontenti ödənişli əsaslarla mediada çap etdirməsidir.
Hazırda dünyanın aparıcı media orqanları (istər çap mediası, istərsə də internet media) da biznes subyektləri ilə əməkdaşlıq və informasiyaların ödənişli əsaslarla yerləşdirilməsi şəraitində çalışırlar. Azad bazar iqtisadiyyatı şəraitində son istehlakçıya təqdim olunan məhsulun tanıtımı cəmiyyətdə rəy yaradan, onu istiqamətləndirən media ilə əməkdaşlıqdan keçir. Bu mənada Azərbaycanda da biznes subyektləri istər çap mediası, istərsə də internet media ilə sıx əməkdaşlıq etməli, öz biznesləri barədə cəmiyyətdə pozitiv rəy yaratmağa kömək edən media ilə sıx işləməlidirlər.

Eyni zamanda yaddan çıxarmayaq ki, media istər çap, istərsə də onlayn formada təkcə informasiya, əyləncə, reklam və pozitiv imic yaradan alət demək deyildir. Bu həm də təhsil, maarifçilik, cəmiyyətin və dövlətin ən müxtəlif qurumlarının biri biri ilə ünsiyyəti, ən əsası isə dövlət-vətəndaş arasında olan əlaqələrin bir hissəsidir. Bu mənada güclü və dayanıqlı medianın olması həm dövlətin, həm də cəmiyyətin marağındadır.
Çap mediası - qəzetlərə gəldikdə isə qeyd etmək lazımdır ki, hazırda hər birimiz milli sərvətimiz olan və böyük maarifçi Həsən Bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımızın inkişafına, ayaqda qalmasına bacardığımız qədər dəstək olmalı, internet medianı gündəlik həyatımızın bir hissəsinə çevirdiyimiz kimi qəzetlərin dəonun ayrılmaz bir parçası olmasına şərait yaratmalıyıq.

Əlimərdan Sultanov
OXŞAR MÖVZULAR