Aİİ-də Heydər Əliyev təqaüdü təsis edilib
Tarix: 15-02-2019, 10:46
Newscenter.az.15.02.2019. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyev adına 200 manat məbləğində aylıq təqaüd təsis edilib.
Təhsil ocağından Newscenter.az-a bildirilib ki, həmin təqaüd qış imtahan sessiyasında fərqlənən tələbəyə fevral-iyul ayları üzrə, yay imtahan sessiyasında fərqlənən tələbəyə isə avqust-yanvar ayları üzrə ödəniləcək