Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İTV-nin Yayım Şurasının iclası keçirilib

 İTV-nin Yayım Şurasının iclası keçirilib


Newscenter.az.15.02.2019. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib. İTV-dən Newscenter.az-a daxil olan məlumata görə, toplantı zamanı 2018-ci ilin nəticələri və maliyyə hesabatı, 2019-cu il üçün nəzərdə tutulan planlar,

İctimai Televiziya tərəfindən lisenziyası alınmış xarici bədii filmlərin Azərbaycan dilində dublyajının təşkili, yayımlanması və digər cari məsələlər müzakirə olunub.

İclasda həmçinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin iş əmsalının daha da yüksəldilməsi məqsədi ilə aparılan dəyişiklik kimi İctimai Radioda “Məzmun Planlaşdırılması” Departamenti və “Məzmun İstehsalı” Şöbəsinin yaradılması məsələsi də diqqətə çatdırılıb.
Xəbəri paylaş