Impera

XƏBƏR LENTİ
21:43“İ2B – İdeyadan Biznesə” layihəsinin 2019-cu il üzrə qalibləri müəyyən olundu20:57Arxangelskdə Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd olunub-FOTOLAR20:30Şahin Mustafayev Çinə səfər edəcək19:23"Azərsu" rəhbərliyi cənub zonasının sakinləri ilə görüşüb18:37Bakı polisinin idarə rəisi: "Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək" - VİDEO18:21Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub18:09ARDNF Milan şəhərindəki daşınmaz əmlakını satıb17:51Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırdı17:21Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 355 min manat ayrılıb17:02KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir16:50Energetika Nazirliyinin rəhbərliyi cəbhə zonasında vətəndaşları qəbul edib16:31Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib - SİYAH16:25MSK bələdiyyə seçkilərinə start verib, seçki dekabrın 23-nə təyin edilib16:12Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü16:00Azərbaycanda dövlət-din münasibətləri müzakirə edilib15:49“Kaspersky” robotlara kortəbii inamın nəticələrini araşdırdı15:38Müəllim və valideynlər qəbul edilib15:15Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda14:47Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub14:35Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib14:25AAYDA rəhbərliyi vətəndaşları qəbul edib14:10MOİK-in idmançıları Hərbçilərin VII Dünya Oyunlarına yola düşüb13:49Sabah yağış yağacaq13:35Cari ilin 9 ayında 266 milyard kubmetr qaz hasil olunub13:17Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələrinin Assosiyasiyasının Baş Assambleyasında iştirak edi13:00SOCAR üçüncü rübdə neft hasilatını 2,8 faiz artırıb12:37“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır12:31Razılaşdırılmamış aksiyalar kimə xeyirdir? - ŞƏRH12:11Görkəmli şərqşünas alimin xatirəsi yad edilib11:50Cavid Qurbanov "Stadler Minsk" zavodunda olub11:38Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib11:01Gömrük Akademiyasında Dövlət Müstəqilliyi Günü qeyd edilib10:50İki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq10:39GÇH rəhbərləri üçün seminarlar keçirilir10:19Azərbaycanın energetika sektorunda strateji inkişaf dövrü10:00Bu rayonlara qaz fasilə ilə veriləcək09:40Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:10Uşaqlarla keçirilən az vaxt onların əleyhinə işləyir08:44Litva ilə idman sahədə əməkdaşlıq məsələləri müzakirə edilib08:30Müdafiə naziri Çinə işgüzar səfər edəcək08:11Fizuli Məmmədov soydaşlarımızı 18 oktyabr-Müstəqillik Günü münasibətilə təbrik edib07:31Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür13:37Bu yolda rəngləmə işləri aparılacaq13:17Azərbaycan və Özbəkistan dəmir yolu rəhbərləri arasında görüş keçirilib12:42Xalq siyasi, iqtisadi, sosial islahatlarda ölkə başcisina dəstək olmalidi12:31Şagird idarəetmə sistemi yaradılıb12:09Şəmkirdə mənşəyi məlum olmayan ətin satışının qarşısı alınıb11:20Qaz xəttinin zədələnməsi abonentləri qazsız qoydu11:04Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq10:55"Sağlam məktəbli" layihəsi çərçivəsində bölgələrdə tədbirlər davam edir10:41Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb10:00Bu rayonların qaz təchizatında fasilə olacaq09:35Cəbhədə erməni silahları susmur09:00ABŞ-da "Tarzan"ı oynamış Hollivud ulduzunun oğlu polis tərəfindən güllələnib - FOTO22:51Prezidentdən ciddi tapşırıq: "Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır"22:33Niyə heç cürə kompromisə getmək istəmirsiniz?22:26Azərbaycan Prezidenti: "Vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"22:04Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb21:54İlham Əliyev: "Bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər"20:33Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb19:14Dövlət Gömrük Komitəsinin sədri İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri ilə görüşüb18:13Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir17:15BMqT-nin Azərbaycan nümayəndəliyi üşaqlar üçün nəzərdə tutulan sığınacaqda təmir işləri başa çatdırıb17:00Azərbaycanda yeni dövlət qurumu yaradılır16:10Bu ilin 9 ayı üzrə Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb15:49Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib15:10Dünyada 820 milyondan çox insan acdır14:54KOBİA istixana təsərrüfatının yaradılmasına dəstək göstərib14:28İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər14:06Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb13:41Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib13:26BMqT İcmanın məlumatlandırılması görüşlərini davam etdirir13:13Sabah hava necə olacaq?13:02Müdafiə naziri NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb12:50Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır12:15BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib11:52Ayaqqabısında psixotrop maddə keçirmək istədi11:38“Mastercard” kiberməkandakı konfliktlərdə nzərərçəkmişlərə yardım edəcək11:14Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər10:39“Azəriqaz” payız-qış mövsümünə hazırlığa start verib10:27Müəllim və valideynlərin müraciətləri dinləniləcək10:06Bu rayonlarda qaz olmayacaq10:00Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub09:20Düşmən müxtəlif istiqamətlərində snayper tüfənglərindən mövqelərimizi atəşə tutub09:00Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib08:30Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb22:00İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"20:30Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib19:41Azərbaycan Rusiyaya nota verib17:15“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans keçirilib-FOTOLAR16:52Türkiyə nümayəndə heyəti “ASAN xidmət”də16:14Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürüldü15:33“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” qadınlar üçün yeni proqrama start verib15:19Yük qatarı sərnişini vurdu14:58Bakıda Türk Şurasının sammitində yekun bəyannamə imzalanıb14:47Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başa çatdı14:35“Azəriqaz” İB iddialara aydınləq gətirdi14:25Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək14:06"Bakı Metropoliteni" beynəlxalq tədbirdə təmsil olunub
BÜTÜN XƏBƏRLƏR
Ekim 2019 (459)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)

«    Şubat 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728 

Azərbaycan Dəmir Yollarının Slovakiyada itən milyonları

17 Fevral 2019, 09:40   
Azərbaycan Dəmir Yollarının Slovakiyada itən milyonları


Newscenter.az.17.02.2019. Slovakiyanın qərbindəki Bratislava şəhəri Azərbaycanın baş dəmiryolçuları üçün xüsusilə cəlbedicidir. Azərbaycanın dəmiryollarında itmiş nə axtarsanız Bratislavada tapa bilərsiniz.

Newscenter.az-ın xəbərinə görə, Avropada yaşayan soydaşımız Cavanşir Həsənli yazır ki, burada Azərbaycan Dəmir Yollarının keçmiş rəhbəri, sabiq nazir müavini Arif Əsgərovun çırpışdırdıqlarının izlərinə rast gəlmək, oğlanları Elnar və Ürfan Əsgərovların sorağını eşitmək mümkündür.

Arif Əsgərovun "gül balaları" bu ölkəyə hələ 2007-ci ildən ayaq açıblar. Bratislava ərazi ədliyyəsinin reyestr məlumatlarına görə, 2007 -ci iyulun 13-də Bakı şəhəri Cəfər Xəndan küçəsi 10 ünvanında qeydiyyatda olan Ürfan Əsgərov Bratislava sakini Elçin Qasımov və Bakı şəhəri, Mirqasımov 2 ünvanında qeydiyyatda olan Elvin Süleymanovla birlikdə ELUREL TRANS S.R.O. şirkətini qeydiyyatdan keçirirlər. Həmin vaxtlar Arif Əsgərov Azərbaycan Dövlət Dəmir Yolunun rəisi idi.
Şirkətin nizamnamə kapitalı Slovakiyanın o zamankı pulu ilə 200 min kron (6639 avro) təşkil edib.

Qeydiyyat nömrəsi: 36804576.
Qeydiyyat ünvanı: Pezinská 185, 902 01 Vinosady.
Azərbaycan Dəmir Yollarının Slovakiyada itən milyonları

Nizamnaməyə görə şirkət logistika, topdan və pərakəndə ticarətlə məşğul olur.
Elçin Qasımov Azərbaycanın Bratislavadakı fəxri konsulu, əslində yüksək çinli məmurlara şirkətlər açmaqda, onları idarə etməkdə yardım edən Cəlal Qasımovun oğludur. Cəlal Qasımov özü 1974-80-ci illərdə Bratislavada Texniki İniversitetdə oxuyub, slovak dilini mükəmməl bilir. Onun tövsiyyələri və dəstəyi əsasında məmurlar Azərbaycandan bu ölkəyə xeyli vəsait çıxarıblar. ELUREL TRANS S.R.O. şirkətini uzun müddət Cəlal Qasımov özü və xanımı Marina Qasımova idarə edib.
Arif Əsgərovun oğlunun digər şərikinin isə uzun illərdən bəri Azərbaycan Dövlət Dəmiryolunda müavin işləyən Əlirza Süleymanovun oğlu olduğu güman olunur.
Azərbaycan Dəmir Yollarının Slovakiyada itən milyonları

Arif Əsgərov 2009-cu il mayın 16-da digər oğlu , 1985-ci il təvəllüdlü, Bakı şəhəri Cəfər Xəndan 10 ünvanında qeydiyyatda olan Elnar Əsgərovu şirkətə ortaq gətirir. 2017-ci ili əvvəlində Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra, nazir müavini postunu itifən Arif Əsgərovun oğulları ELUREL TRANS S.R.O. şirkətini həmin ilin noyabrın 16-da tərk edirlər, əvvəlcə Cəlal və Marina Qasımovların adına keçirilən şirkətin 2018-ci ilin aprelin 4-dən faktiki olaraq yeni sahibi ortaya çıxır. O, Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyində təmsil olunur.

Bu həmin Elnar Əsgərovdur ki, 2008-ci ilin əvvəllərində təhsil aldığı İngiltərənin York universitetində saxtakarlağına görə ifşa olunmuşdu və bütün İngiltərə mətbuatı bu biabırçılığı müzakirə etmişdi. O zaman Arif Əsgərovun oğlu özündən 11 yaş böyük olan Joram Drean adlı bank işçisini 20 min funt sterlinq müqabilində öz əvəzinə imtahana keçirmişdi, amma bu saxtakarlıq baş tutmamışdı.
Azərbaycan Dəmir Yollarının Slovakiyada itən milyonları

Maraqlı olan daha bir fakt ondan ibarətdir ki, keçmiş baş dəmiryolçunun İngiltərəyə "oxumaq dalınca gedən" oğlu hələ 20 yaşında bu ölkədə şirkət sahibi olub. Belə ki, Elnar Əsgərovun adına 2005-ci ilin 13 aprelində Londonda TYROLESE (579) LIMITED şirkəti (şəhadətnamə nömrəsi: 05423339) qeydiyyatdan keçirilib. Daha sonra ASTARA TRANSIT TERMINAL LIMITED adlanan şirkəti faktiki olaraq Türkiyə vətəndaşı Cavad Kamil və İngiltərə vətəndaşı David John Lofton idarə ediblər.
Arif Əsgərov 1 fevral 2011-ci il tarixinə qədər bu şirkət vasitəsilə Azərbaycan üzərindən yükdaşımalardan böyük pullar əldə edib.

Şirkətin ünvanı 12 Fetter Ln, London, Birləşmiş Krallıq göstərilir.
Arif Əsgərovun daha bir oğlu Azər Əsgərov da atası nazir müavini olanda Londonda şirkət açıb. Kembric Universitetində beynəlxaq əlaqələr üzrə magistr təhsili alan Azər Əsgərov AZTECSA LIMITED şirkətini qeydiyyatdan keçirib (şəhadətnamə nömrəsi: 10147924). Bu şirkət də Arif Əsgərovun vəzifəsinə xitam verildikdən az sonra, 2017-ci il sentyabrın 26-da ləğv edilir.
Beləliklə, Əsgərovlar iki ilə yaxındır ki, şirkətlər qarışıq qeybə çəkiliblər.
Azərbaycan Dəmir Yollarının Slovakiyada itən milyonları
OXŞAR MÖVZULAR