Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib

Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib


Newscenter.az.18.02.2019. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta biznesin inkişafı istiqamətində strateji təşəbbüslərin və layihələrin həyata keçirilməsi, effektiv korporativ idarəetmə sisteminin tətbiqi istiqamətində beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir.

Newscenter.az-a Agentlikdən daxil olan məlumata görə, qurumun təşkilatçılığı ilə Asiya İnkişaf Bankının (AİB) ekspertləri 3-17 fevral tarixlərində Bakıda səfərdə olub. Səfər çərçivəsində Bankın ekspertləri ilə Agentliyin müvafiq struktur bölmələri arasında bir sıra görüşlər keçirilib. Görüşlərdə Bank ekspertlərinə ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafı, eləcə də biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən kompleks tədbirlər barədə məlumat verilib. Ekspertlər həmçinin, KOBİA-nın fəaliyyəti və dəstək mexanizmləri barədə məlumatlandırılıb, mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində AİB-lə əməkdaşlıq, texniki yardım mexanizmi çərçivəsində Agentliyin qısa, orta və uzunmüddətli strategiyasının mütərəqqi beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi istiqamətlərində müzakirələr aparılıb.

KOBİA-nın təşkilatçılığı ilə həmçinin, Asiya İnkişaf Bankının ekspertlərinin bir sıra qurumlarda - İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərində, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzində, Aqrar Kredit və İnkişaf Agentliyində, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, Maliyyə Bazarlarına Nəzarət Palatasında, Dövlət Turizm Agentliyində, Peşə Təhsili üzrə Dövlət Agentliyində, “ABAD”da və s. görüşləri təşkil olunub.
Xəbəri paylaş