Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Gənc əsgər” hərbi hazırlıq layihəsi həyata keçirilir

“Gənc əsgər” hərbi hazırlıq layihəsi həyata keçirilir


Newscenter.az.18.02.2019
. Sabunçu Gənclər Evində “Gənc əsgər” hərbi hazırlıq layihəsinin təqdimat mərasimi keçirilib. Newscenter.az-a daxil olan məlumata görə, layihə “Legion” hərbi vətənpərvərlər klubu ilə əməkdaşlıq çərçivəsində Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə baş tutur. Tədbirdə millət vəkili Fazil Mustafa, təşkilatçı qurumların rəhbər heyəti, Türkiyə-Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri professor Telman Nüsrətoğlu, ehtiyatda olan polkovnik Zahid Teymurov, dünya çempionu Eldəniz Əzizli, aprel qazisi zabit Əhliyət Mehtiyev və 100-ə yaxın gənc iştirak edib.

Rəsmi çıxışlardan sonra “Gənc Əsgər” layihəsinin təqdimatı keçirilib. Təqdimatda layihənin təsviri haqqında ətraflı məlumat verilib.

Layihənin proqramı 2 aylıq bir zaman kəsiyini əhatə etməklə, müxtəlif fiziki, intellektual, psixoloji, ideoloji təlim və seminarlardan, hərbi hissələrə, muzeylərə və sərgilərə ekskursiya, hərbi və intellektual yarışlardan ibarətdir. Seçilmiş 25 iştirakçı 2 ay müddətində proqram əsasında fəaliyyətlərə cəlb olunacaq.
Xəbəri paylaş