Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ətraf mühitin problemləri və onların həlli yolları müzakirə edilib

Ətraf mühitin problemləri və onların həlli yolları müzakirə edilib


Newscenter.az.20.02.2019. “Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə icra olunan “Qayğı ilə istifadə et” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Kollecində tədbir keçirilib.

Newscenter.az-a İctimai Birlikdən verilən məlumata görə, layihə qarşısına qoyduğu məqsədə nail olmaq üçün nəşr etdirdiyi “Ətraf mühit və İqtisadiyyat” adlı kitabçanın, 3T mövzusunda çəkilmiş video-çarxın təqdimatını reallaşdırıb.. Tədbir müddətində ətraf mühit problemləri, onların həlli yolları mövzularında maarifləndirilmə aparılıb, müzakirə və sual-cavablara geniş yer ayrılıb. Tədbirdə həmçinin kollecin fəal tələbələri tərəfindən tullantı kağız və əşyalardan hazırlanmış incəsənət nümunələri də nümayiş olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclər arasında 3T (Tullatının azaldılması, Təkrar istifadə, Təkrar emal), ətraf mühit ilə iqtisadiyyatın qarşılıqlı təsiri mövzularının təbliği və məlumat bazasının zənginləşdirilməsindən ibarətdir.
Xəbəri paylaş