Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbək sahibkarlar Azərbaycana gəlir

Özbək sahibkarlar Azərbaycana gəlir


Newscenter.az.20.02.2019. Özbəkistan Respublikasından inşaat, tikinti sektorundan olan nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bu barədə məlumat Newscenter.az-a Azərbaycan Sahibkarlar Konfederasiyasından daxil olub. Bildirilib ki, səfər çərçivəsində fevralın 21-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə özbək şirkətlərinin nümayəndələri ilə görüş planlaşdırılır.

Görüş əsnasında “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi”, Azexport və rəqəmsal ticarət haqqında təqdimatlar müzakirə olunacaq. Tədbirdə təcrübə mübadiləsi üçün imkan yaradılacaq.
Xəbəri paylaş