Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda sərnişin avtobusu yandı

Paytaxtda sərnişin avtobusu yandı


Newscenter.az.22.02.2019. Bir qədər əvvəl Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov-28 May m-su) hərəkət edən avtobusda yanğın hadisəsi olub.

Newscenter.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırma aparılıb. Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan avtobusda baş verib.

Mühərrik hissəsində qısaqapanma olub. Avtobusda sərnişin olmayıb.
Xəbəri paylaş