Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Partners & Business” sərgi-konferansı keçiriləcək

“Partners & Business” sərgi-konferansı keçiriləcək


Newscenter.az.11.03.2019.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Marsol şirkətinin birgə təşkilatçılığı ilə martın 15-də “Partners & Business” sərgi-konferansı keçiriləcək.

Bu barədə məlumat Newscenter.az-a Konfederasiyadan daxil olub. Bildirilib ki, sərgidə 100-dən artıq yerli şirkətlərin tanıtım sərgisi, B2B Görüşlər, canlı musiqi, video-foto çəkiliş və mükafatlandırma mərasimi olacaq. Sərgini ziyarət etmək ödənişsizdir.

Həmçinin həmin gün 600-ə qədər sahibkarın iştirakı ilə sərgi-konfrans baş tutacaq. Sərgi-konfransda dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı planlaşdırılır.
Xəbəri paylaş