Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident yeni rektor təyin etdi

Prezident yeni rektor təyin etdi


Newscenter.az.11.03.2019. Prezident İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi. E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

Xatırladaq ki, BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də vəzifəsindən azad olunub.
Xəbəri paylaş