Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniya universitetləri arasındakı əməkdaşlıq əlaqələri genişləndirilir

 Almaniya universitetləri arasındakı əməkdaşlıq əlaqələri genişləndirilir


Newscenter.az.12.03.2019. Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov AzTU və Almaniyanın Rostok Universiteti arasındakı ikitərəfli müqavilə və “Metallurgiya və metalşünaslıq” kafedrası tərəfindən yerinə yetirilən elmi layihə çərçivəsində Almaniyada işgüzar səfərdə olub.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, səfər müddətində prorektor Sübhan Namazov Rostock Universitetinin Fraunhofer İnstitutunda olub və institutunun rəhbəri, professor Vilko Flüqqe ilə görüşərək ikili diplomların verilməsi, gələcəkdə birgə magistr və doktorant hazırlığı ilə bağlı ilkin razılıq əldə edib. Professor Sübhan Namazov institutun laboratoriya bazası ilə yaxından tanış olub, gələcəkdə birgə yerinə yetiriləcək layihələr barədə müzakirələr aparıb.

Növbəti görüş Rostock Universitetinin “Maşınqayırma və gəmi texnikası” fakültəsinin dekanı, professor Hermann Seitz ilə keçirilib. Görüşdə “Texniki termodinamika” kafedrasın müdiri, AzTU-nun fəxri doktoru, professor Hassel və kafedranın dosenti həmyerlimiz Cavid Səfərov iştirak edib. Görüşdə birgə kadr hazırlığı, müxtəlif ixtisaslar üzrə ikili diplomların verilməsi, beynəlxalq layihələrdə birgə iştirak kimi məsələlərdə razılıq əldə olunub.
Xəbəri paylaş