Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il stolüstü tennisçilərimiz 4 beynəlxalq yarışda 12 medal qazanıblar

Bu il stolüstü tennisçilərimiz 4 beynəlxalq yarışda 12 medal qazanıblar

Newscenter.az.13.03.2019. Məlumat verildiyi kimi, 2019-cu ilin əvvəlindən indiyədək stolüstü tennisçilərimiz 4 beynəlxalq yarışda iştirak ediblər.

Newscenter.az xəbər verir ki, 4-6 yanvar 2019-cu il tarixlərində Macarıstanın Budapeşt şəhərində yeniyetmələr arasında keçirilmiş stolüstü tennis üzrə beynəlxalq turnirdə 2006-cı il və daha az yaşlılar arasında komanda yarışlarında Arzu Aslanova, Mərziyə Nürmətova və Aysu Ağayevanın daxil olduğu komandamız 3-cü yeri tutaraq bürünc medal qazanıb. Şəxsi yarışlarda isə idmançımız Arzu Aslanova gümüş medala layiq görülüb.

1-2 fevral 2019-сu il tarixlərində Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilər arasında keçirilmiş beynəlxalq turnirdə qızlar arasında şəxsi oyunlarda tennisçimiz Mehriban Dadaşova qızıl, Fatimə Cəfərova isə gümüş medal qazanıb. Oğlanlar arasındakı şəxsi yarışlarda Xaliq Becanov gümüş, Hacımurad Məmmədbəyov isə bürünc medala layiq görülüb.

15-17 fevral 2019-сu il tarixlərində Latviyanın Riqa şəhərində 13 ölkənin iştirak etdiyi Gənclərin Beynəlxlaq Kubokunda 2007-ci il təvəllüdlü oğlanlar arasında oyunlarda Adil Əhmədzadə gümüş, Hüseyn Eylazov bürünc, qızlar arasında yarışlarda isə Arzu Aslanova bürünc medal qazanıb. 2004-cü il təvəllüdlülər arasında Emin Məmmədov bürünc medalla mükafatlandırılıb.

10-13 mart 2019-cu il tarixlərində Qazaxıstanın Çimkənt şəhərində keçirilmiş beynəlxlaq turnirdə komanda yarışlarında Məryəm İmanova və Nəzakət Qarayevadan ibarət yığmamız gümüş, şəxsi yarışlarda isə Məryəm İmanova bürünc medal qazanıb.

Ümumilikdə, bu il indiyədək keçirilmiş 4 beynəlxalq yarışda stolüstü tennisçilərimiz 1 qızıl, 5 gümüş və 6 bürünc medal qazanıblar.
Xəbəri paylaş