Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib

“Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib


Newscenter.az.13.03.2019. Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Lahıc kənd tam orta məktəbində “Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib.

Newscenter.az-a Dini Komitədən bildirilib ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Salatın İbrahimova keçirilən tədbirin əhəmiyyətindən danışıb, gənclərin vətəndaş olaraq formalaşmasında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin rolunu vurğulayıb. Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında hər bir vətəndaşın həyatında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin mühüm rol oynadığını qeyd edib, cəmiyyətimizdə mənəvi dəyərlərin öyrənilməsinin və qorunub saxlanılmasının əhəmiyyətindən danışıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyini, din sahəsinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. İ.Vəliyev dünyanın bir çox ölkəsinə nümunə olan Azərbaycan multikulturalizmindən və tolerantlığından danışıb, ölkəmizin dünyada sülh platformasına çevrilərək mədəniyyətlərarası və dinlərarası dialoq və əməkdaşlıq məkanına çevrildiyini bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbəri paylaş