Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi Dəniz Qüvvələrində Novruz bayramı tədbiri keçirilib

Hərbi Dəniz Qüvvələrində Novruz bayramı tədbiri keçirilib


Newscenter.az.13.03.2019.
2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilir. Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, daha bir bayram tədbiri Müdafiə Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində keçirilib.

Təntənəli mərasimdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.

“Yel” çərşənbəsində baş tutan musiqili bayram tədbirində populyar müğənnilər və rəqs qrupları hərbi dənizçilər qarşısında rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Tonqal ətrafında keçirilən bayram şənliyində zabitlərin ailə üzvləri də iştirak ediblər.
Xəbəri paylaş