Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi-idman oyunları keçirilib

 Hərbi-idman oyunları keçirilib


Newscenter.az.15.03.2019. Paytaxt məktəbliləri arasında “Sərhədçi” hərbi-idman oyunları keçirilib. Newscenter.az xəbər verir ki, Bakı şəhəri üzrə 230 nömrəli tam orta məktəbdə təşkil olunmuş hərbi idman oyunlarının əsas məqsədi gənc nəsli Vətənə, dövlət atributlarına, dövlət sərhədinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarış 3 turdan ibarət olub. Xəzər rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunmuş hərbi idman oyunlarının nəticələrinə əsasən, 185 nömrəli tam orta məktəbin komandası I, 230 nömrəli tam orta məktəbin komandası II, 26 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Yarışda iştirak edən gənclər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə atəş açılması, yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və digər meyarlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Sonda “Sərhədçi” hərbi-idman oyunlarının qaliblərinə müvafiq dərəcəli diplomlar təqdim olunub.
Xəbəri paylaş