Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizdə humanizm, tolerantlıq, multikulturalizm ənənələri davam etdiriıməlidir

Ölkəmizdə humanizm, tolerantlıq, multikulturalizm ənənələri davam etdiriıməlidir


Newscenter.az.15.03.2019. "Dəhşətdir. Müsəlmanları terrorçu adlandıran vəhşilər Yeni Zenlandiyada əvvəlcədən hazırladıqları qətli həyata keçirdilər. Həmin şəxsin üzərinə isə video qeyd edici qoyub yaydılar ki, baxın biz müsəlmanları belə qətl edirik".

Newscenter.az xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Yeni Zellandiyada baş verən terror aktına münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, bu cür vəhşi düşüncə tərzinə sahib insanları vəhşiləşdirən onların düşüncə darlığıdır, onların qəddarlığıdır:

"Bunu müsəlmanları terrorçu adlandıranlar edirlər ki, radikal, terrorist qruplaşmaları, fanatizm daşıyıcılarını əks həmləyə yönləndirsinlər. Ancaq o kafirlər istəməsə də Allah hər zaman müsəlmanları qələbə sahibi edəcək. Belə terrorlar peyğımbərlərə, onların ardıcıllarına, imamlara qarşı da edildi. Ancaq müsəlman, islam yayıldı və yayılmağa davam edəcək".

Əkrəm Həsənov bildirib ki, ölkəmizdə humanizm, tolerantlıq, multikulturalizm ənənələri davam etdiriıməlidir və bu cür hadisələrə qarşı müsəlmanlar ən böyük silah olan dua ilə cavab verməlidirlər:

"Allah təala müsəlmanları hər zaman hər iki dünyada ucaldıb və yenə də əsrlər keçdikcə ucaldacaqdır. Bu cür təzyiqlər, qətllər, vəhşiliklər bütün bəşəriyyət tərəfindən pislənib lənətlənəcəkdir".
Xəbəri paylaş