Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək


Newscenter.az.15.03.2019. Martın 31-də Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, yarışlar Bakı şəhərində 6, Sumqayıt, İsmayıllı, Şirvan, Şəki, Ağdaş, Gəncə, Mingəçevir, Şəmkir, Xaçmaz, Lənkəran və Naxçıvan Muxtar Respublikasında hər birində 1 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə baş tutacaq.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, bu mərhələdə iştirak etmək hüququ qazanan şagirdlər martın 20-dək https://olimpiada.edu.az/registration saytından qeydiyyatdan keçməli və buraxılış vərəqələrini əldə etməlidirlər.

Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal və final turları yaş qrupları üzrə keçiriləcək. Xüsusi istedada malik VIII-IX siniflər aşağı yaş qrupu, X-XI siniflər yuxarı yaş qrupu olaraq müəyyən edilib.

Respublika mərhələsinin yarımfinal turunda hər bir fənn və yaş qrupuna uyğun olaraq iştirakçılara sualların çətinlik səviyyələrinə görə 3, 4 və 5 ballıq əmsalla kateqoriyalaşdırılmış ümumilikdə 30 test tapşırığı təqdim ediləcək.

İnformatika fənni üzrə yuxarı yaş qrupu (X-XI siniflər) şagirdləri üçün olimpiadanın yarımfinal turu ADA Universitetində keçiriləcək. Şagirdlərə proqramlaşdırma dilində həll etmək üçün 5 məsələ təqdim olunacaq. Qiymətləndirmə İOİ sisteminə uyğun həyata keçiriləcək.

Respublika fənn olimpiadalarının final turunda yarımfinal turunun nəticələrinə əsasən hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər iştirak edəcəklər.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.
Xəbəri paylaş