Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fizuli Məmmədovdan səhhətində problem olan döyüşçüyə dəstək

Fizuli Məmmədovdan səhhətində problem olan döyüşçüyə dəstək


Newscenter.az.18.03.2019. Azərbaycan diasporunun fəallarından olan, ictimai xadim, xeyriyyəçi, "Dünya Azərbaycanlıları İttifaqı"nın və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun prezidenti, Fizuli Mamedov daha bir Qarabağ döyüşlərinin iştirakçısına dəstək olub.

Newscenter.az xəbər verir ki, Fizuli Məmmədov Naxçıvan Muxtar Respublikasının, xususilə Ordubad rayonunun ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin erməni və rus birləşmələrindən azad edilməsində əvəzsiz xidmətləri olan Fərəc Cəfərovun səhhətində yaranan problemlərdən dolayı ona dəstək göstərib.

Belə ki, "Dünya Azərbaycanlıları İttifaqı"nın və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun prezidenti xəstəxanada müalicə olunan Fərəc Cəfərovu ziyarət edib, onun problemləri ilə maraqlanıb. Fizuli Məmmədov Fərəc Cəfərova lazımı dəstək göstərəcəyini bildirib.
Fizuli Məmmədovdan səhhətində problem olan döyüşçüyə dəstək
Xəbəri paylaş