Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tələbələr Heydər məscidini ziyarət edib

Tələbələr Heydər məscidini ziyarət edib


Newscenter.az.18.03.2019. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidini ziyarət edib. Newscenter.az-a təhsil ocağından bildirilib ki, tələbələr Heydər məscidində təşkil olunan Vəhdət namazında iştirak ediblər.

Tələbələrə məlumat verilib ki, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. 2014-cü il dekabrın 26-da istifadəyə verilən ibadətgah 12 min kvadratmetr ərazidə tikilib.

Dörd minarəsi olan məsciddə dindarların sərbəst şəkildə ibadət etmələri üçün hər cür şərait yaradılıb.
Ziyarət zamanı Heydər məscidinin imamları tələbələr ilə müxtəlif mövzular ətrafında müzakirələr aparıb, onları maraqlandıran sualları cavablandırıblar.

Xəbəri paylaş