Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Vikipediya”da “Elm günü”nə həsr olunan məqalə yaradılıb

“Vikipediya”da “Elm günü”nə həsr olunan məqalə yaradılıb


Newscenter.az.27.03.2019. Bu il martın 27-si ilk dəfə olaraq ölkəmizdə “Elm günü” kimi qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Newscenter.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da “Elm günü”nə həsr olunan məqalə yaradılıb.

Məqalədə “Elm günü”nün təsis edilməsi, AMEA-nın yaradılması, strukturu, akademiyada aparılan fundamental tədqiqat işləri, ölkəmizdə Azərbaycan elminin inkişafı istiqamətində həyata keçirilən islahatlar, beynəlxalq münasibətlər və s. haqqında ətraflı məlumat verilir.

Bundan əlavə “Müstəqillik illərində elm”, “Horizon-2020”, “Beynəlxalq elmi əməkdaşlıq”, “Elmin çağırışlarını yerinə yetirməyə imkan yaradan qanunvericilik bazası”, “AMEA-ya həvalə” sərlövhəli məlumatlarda Azərbaycan elmi, ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən işlərlə tanış olmaq mümkündür.

Məqalə ilə daha ətraflı qeyd edilən linkdə tanış olmaq mümkündür.
https://l.facebook.com/l.php?u=https%3A%2F%2Faz.wikipedia.org%2Fwiki%2FElm_g%25C3%25BCn%25C3%25BC%3Ffbclid%3DIwAR0hHVghDlIkrmBDeqKv-KB1HXPQ1CBqigqquEB04THmq96J3Uz075Jh-vg&h=AT1lRvC5JWddN0EQVitdcDzEKlD81DgXvPiecJa7aPqL0TU6Wv7v9cCOMkJkFpNQNxdyUav_X7OMd2MDARRVi7QY9HnDbVTY-jo5qtByjtnfWpKixKJjO9c3AL44KeF9WnZb
Xəbəri paylaş