Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ən yaxşı təqdimat müəllifləri bəlli olub

Ən yaxşı təqdimat müəllifləri bəlli olub


Newscenter.az.28.03.2019. Paytaxt məktəbliləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi keçirilib.

Newscenter.az xəbər verir ki, müsabiqənin şəhər mərhələsində 40 məktəblinin təqdimatı dinlənilib.
Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, ulu öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılıb.

Qeyd edək ki, müsabiqə Təhsil nazirinin əmrinə əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilir. Müsabiqənin əsas məqsədi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.
Xəbəri paylaş